Accessibility links

Amerikana: Cherry Blossom Festivalı [Video]


Baharın gəlişini dünya xalqları müxtəlif üsullarla qeyd edir. Amerikana programında sizi Amerikalıların bu ənənəsi ilə tanış edirik.

Vaşinqtonlular baharın gəlişini Cherry Blossom festivalı ilə, yəni Yapon Albalısının çiçək açması ilə qeyd edir. Adətən festival martın ayının sonu keçirilir, amma bu il Vaşinqtonda havanın soyuq keçdiyindən albalı ağacları gec çiçək açıb. Festival hələ aprelin 14-dək davam edəcək.

Cherry Blossom Festivalının əsası 1912-ci il martın 27-də qoyulub. O, zaman Tokyo meri Yukio Ozaki Vaşinqton şəhərinə 3 min albalı ağacı hədiyyə edib. Bu, Yaponiya ilə Amerika arasında münasibətlərin inkişafına işarə olub.

Festival əsasən Ceferson Memorialın qarşındakı Taydl Beyzin (Tidal Basin) adlı su hövzəsinin ətrafında keçirilir. Ağ və çəhrayı çiçəkli, sıra ilə düzülmüş minlərə ağac minlərlə turistin şəhərə axışmasına səbəb olub.

Ziyarətçilərə yaxınlaşıb, festivalla bağlı onların fikirlərini öyrəndik.

1912-ci il martın 27də ABŞ-ın birinci xanımı Helen Herron Taft və Yaponiya səfirinin həyat yoldaşı Visontes Çinda ilk iki yapon albalısını Ceferson memorialının qarşısındakı süni su hövzəsinin ətrafında əkir. Buna cavab olaraq 1915-ci ilə kimi Birləşmiş Ştatlar hökuməti Yaponiyaya zoğal ağacları hədiyyə edir. Amerikada ilk Milli Albalı Çiçəklənməsi Festivalı isə 1935-ci ildən keçirilməyə başlayır. 1965-ci ilə kimi Vaşinqtonda 3800 yapon Albalısı ağacı əkilir.

1994-cü ildən 2 həftə qeyd olunmağa başlayan festival üçün hər il Amerika paytaxtına 700 mindən çox insan gəlir. 2 həftəlik tədbir zamanı həm Amerika həm də yaponiya mədəniyyəti əks etdirən bir çox mərasimlər keçirilir.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG