Accessibility links

Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələri [Video]


Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələri
please wait

No media source currently available

0:00 0:12:35 0:00

Amerikana: Corc Vaşinqtonun evi və XVIII əsr döyüş səhnələri

Amerikana proqramının növbəti buraxılışında ABŞ dövlətinin banisi Corc Vaşinqtonun yaşadığı evdə qonağıq.

Strateji Potomak çayının sahilində yerləşən sahilində olan Mount Vernon sarayı müasir ABŞ prezidentinin iqamətgahından 30 kilometr cənubda - Virciniya ştatının Aleksandriya şəhərində yerləşir. 21 otaqlı bu evin tərkibinə qullar üçün nəzərdə tutulmuş xüsusi iş otaqları da daxildir. Evin əsas hissəsi isə iki mərtəbədən ibarətdir.

1735-ci ildə Corc Vaşinqtonun atası tərəfindən inşa edilən bu iqamətgaha ABŞ dövlətinin banisi 1754-cü ildə köçüb. Hətta Amerika müstəqilliyini elan edən zaman da Corc Vaşinqton bu evdə yaşayırdı. 1799-cu ildə dünyasının dəyişən general Vaşinqton ömrünün sonunadək bu sarayda yaşayıb.

Mount Vernon iqamətgahı 3 əsrdir ki, qorunub saxlanır. Sarayın bütün quruluşu demək olar ki, eynidir. İqamətgah böyük bir plantasiya ilə müşayiət olunur. Geniş ərazini əhatə edən plantasiyada indi vaxtaşırı festivallar təşkil olunur. Bu gün isə ziyarətçilər XVIII əsr real döyüş səhnələrini izləmək imkanı əldə edir. Bir tərəfdə ingilislər, digər tərəfdə isə kontinental qüvvələr, yəni amerikalılar döyüşür.

Tam könüllü əsaslarla hazırlanan döyüş səhnələrindən sonra general Corc Vaşinqton Amerikanın Səsinə müsahibə verərək, azadlığın dəyəri onun əldə olunması çətinliyi qədər əhəmiyyətli olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG