Accessibility links

Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsi [Video]


Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsi
please wait

No media source currently available

0:00 0:06:02 0:00

Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsi

Amerikana proqramının qonağı Vüqar Salamlıdır

O, hazırda Harvard Universitetinin tələbəsidir. Çoxları onun adını eşitməsə də, həmtəsisçisi olduğu OL! Hərəkatı, Azad Fikir Universiteti kimi layihələr xüsusilə gənclər arasında çox tanınır. Amerikanın Səsinin Amerikana proqramının bu dəfəki qonağı Vüqar Salamlıdır! Harvard Universitetindəki təcrübəsindən söhbət açan Vüqar deyir ki, təhsilinin bir hissəsi kimi son bir ay ərzində üç ölkə prezidenti, ABŞ-ın vitse-prezidenti, bir neçə baş nazir və onlarla digər dünya lideri ilə görüşüb. "Bundan əlavə illər boyu adlarını kitab müəllifi kimi tanıdığın və televiziyada müsahibələrini gördüyün tanınmış professorları və ekspertlərlə dərs otaqlarında real ünsiyyət qurmaq imkanı əldə edirsən. Bu, təbii ki, əvəzolunmaz bir təcrübədir" - deyə Vüqar bildirir. Vüqar Salamlının Amerikanın Səsinə müsahibəsini sizə təqdim edirik.

XS
SM
MD
LG