Accessibility links

Amerikana: Qeyri-adi kitabxanalar [Video]


Amerikana: Kiçik Pulsuz Kitabxanalar
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Amerikana: Kiçik Pulsuz Kitabxanalar

Kiçik pulsuz kitabxanalar ideyası ilk dəfə Viskonsin ştatının Hadson şəhərində yaranıb

ABŞ paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanası dünyanın ən böyük kitabxanasıdır. Bu kitabxanada 150 milyon ədəd kitab və digər materiallar var. Hər il kitabxananı 1 milyon 750 min insan ziyarət edir.

Ancaq nə qədər qəribə də olsa, bəlkə də dünyanın ən kiçik kitabxanalarına da Birləşmiş Ştatlar ev sahibliyi edir. Son günlər Amerikanın bir çox küçələrində quş yuvalarına oxşayan taxta qutular peyda olmağa başlayıb. Bir qrup insan, ya da qonşular kitab oxumaq istəyənlər üçün öz kitablarını bu qutuların içərisinə qoyur.

Stefani Sörsinin qızı qatıldığı dərnəkdə ictimai layihə çərçivəsində bu kitabxanadan düzəldib. “İdeya odur ki, məktəbdəki bütün şagirdlər və bütün icma buradan pulsuz kitab götürüb oxuya bilsin” – deyə Stefani bildirir.

Məktəb kitabxanaçısı Şeri D’Amato deyir ki, məktəb kiçik kitaxnalara kitab ianə edir və onlara nəzarət edir: “Məktəbin kitabxanası həmişə açıq olmur. Biz həftəsonu da işləmirik. Kitabxana 4-də bağlanır. İctimai kitabxanalar da həmişə açıq olmur. Ancaq bu kiçik kitabxanalar həmişə fəaliyyətdədir. Vəsiqəyə də ehtiyac yoxdur. Pul da lazım deyil.”

Belə kitabxanalara ən gözlənilməz yerlərdə belə rast gəlmək olar. Misal üçün şirniyyat dükanlarında… Dükan meneceri Kristen Brabruk dükandakı kiçik kitabxananı kitaba olan sevgisindən yaradıb. “Mənim paltarımdan çox kitabım var” – deyən Kristen kitaxanasını zənginləşdirmək üçün kitab almağa davam edir: “Adamlar adətən şirniyyat üçün gəlir. Onlar kitabları görüb soruşur ki, pulludur? “Əlbəttə pulsuzdur, buyurun oxuyun” - deyirik”. Dükanın müştərilərindən Collin Chartier ideyanın əla olduğunu və daha gözəl atmosfer yaratdığını deyir.

Kiçik pulsuz kitabxanalar ideyası ilk dəfə Viskonsin ştatının Hadson şəhərində yaranıb. Əvvəllər müəllim işləmiş Todd Bol adlı kitab həvəskarı kitabxananın miniatür modelini yaratmaq qərarına gəlib: “İlk dəfə bu kitabxananı anamın şərəfinə yaratmışam. Bir dəfə düzəltdim, həyətin qabağına qoydum və bundan bir də düzəldəcəyimi heç zaman düşünməzdim”. Ancaq qonşular kitabla dolu bu kiçik taxta qutunu çox sevib və Toddu Kiçik Pulsuz Kitabxana Təşkilatını yaradaraq ideyanı yaymağa həvəsləndirib.

Hazırda ABŞ-da 2600 belə kitabxana var. “Huffington Post bizi genişlənən beynəlxalq fenomen adlandırıb,” – deyə Todd Bol bildirib.

Gənclərin bu konsepsiyaya həvəsi tendensiyanın artmasına və hətta Amerika hüdudlarına yayılmasına səbəb olur.
XS
SM
MD
LG