Accessibility links

Amerikana: Qeyri-adi meşəsalma layihəsi [Video]


Amerikana: Qeyri-adi meşəsalma layihəsi
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Amerikana: Qeyri-adi meşəsalma layihəsi

Hazırda Smitsonian Ətraf Mühit Araşdırmaları Mərkəzində nəhəng bir layihə üzərində iş gedir

Planetimizin 30 faizini tutan meşələr bəşəriyyəti nəfəs aldığımız oksigenlə, o cümlədən bitki və heyvanatla təmin edir, eləcə də Yer kürəsini karbon dioksid zəhərlənməsindən qoruyur. Ancaq meşələr xəstəliklər, həşarat və iqlim dəyişikliyi təhlükəsi qarşısındadır. Hazırda Smitsonian Ətraf Mühit Araşdırmaları Mərkəzində nəhəng bir layihə üzərində iş gedir.

Gələn ilədək burada bütün ağaclar meşə şəklində əkiləndən sonra 10 sahədə 35 min ağac olacaq.

“Bunlar artıq qışa hazırlaşdığını, qış tumurcuqları çıxardığını asanlıqla görə bilərsiniz,” deyə BiodiversiTree adlanan bu layihəni hazırlayan Smitsonian baş elmi işçisi Con Parker bildirir: “Burada müxtəlif növ ağaclar əkilib. Çeşidli növlərdən istifadənin ekosistemə təsirini müəyyən edəcəyik”.

Parker ağaclar böyüdükcə müxtəlifliyin geniş ərazidə daha məqsədəuyğun olduğunu sübut edə biləcəyinə ümid edir. Ağaclar təbii meşənin yanında və Çesapik körfəzinə tökülən arxın üstündə əkilib. Çesapik Bey həm də milyonlarla insanın içməli su mənbəyidir. Ancaq Parker deyir ki, regonda keçmiş qarğıdalı sahələri da daxil olmaqla on illərlə davam edən fermaçılıq körfəzdə suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olub: “Bir araşdırma çərçivəsində burada mövcud olan 25 illik məlumatları toplayırıq. Həm də burada meşə salırıq. İndi biz qarğıdalı dövrü ilə təbii meşə dövrünü daha geniş miqyasda müqayisə edə biləcəyik. Biz daha çox su ayırıcıda ağac əksək, daha çox qida qalıqlarının təmizlənməsinə nail ola bilərikmi?”

Məlumatların toplanması davam edir. Smitsonian Araşdırma Mərkəzinin elmi eşçisi Suzan Kuk Patton və təcrübəçi Emili Dubios 6 ay əvvəl əkilmiş fidanların necə inkişaf etdiyini görmək üçün yarpaqlardan nümunələr toplayır.

Suzan Patton: “Bu birinci yarpaqda həşəratların vurduğu zədəyə baxın. Zədə təxminən 10 faizdir.”

Yarpaqlar onun laboratoriyasında analiz edilir. Kuk Patton deyir ki, onların araşdırılması landşaftın zamanla necə dəyişəcəyinin müəyyənləşdirilməsinə yardım edir.

“Bazanız yoxdursa, gələcəkdə nə əldə etdiyinizi və nə itirdiyinizi müəyyən edə bilməyəcəksiniz. Ona görə vaxtında məlumatı toplayıb, oradan davam etsəniz daha çox şey öyrənərsiniz, nəinki 2 illik, 10 illik qısa müddətli eksperimentlər keçirsəniz. Elmi baxımdan bu inanılmazdır” - deyə Suzan Kuk Patton bildirir.

Onun landşafta təsiri də inanılmaz olacaq. Hazırda ağaclar hündür otlar arasında gizlənir. Könüllü Fil Bişop heç bir köməksiz təkbaşına 600 fidan əkib. Deyir ki, dizləri bir az ağrısa da, kömək etdiyi üçün özünü xoşbəxt hiss edir.

“Mənim əsas istəyim bu proqramda iştirak olub və yardımımı əsirgəməmişəm. Çox guman ki, yaşım bunun nəticələrini görməyimə imkan verməyəcək” - deyə Fil Bişob bunu gələcəyimiz üçün etdiyiyi burğulayır.
XS
SM
MD
LG