Accessibility links

Amerikana: Şükranlıq bayramı ənənələri [Video]


Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü kimi qeyd edilir. Şükranlıq bayramı deyəndə ağla ilk olaraq hindtoyuğu gəlir.

Bu bayramda insanlar ailələri ilə bir araya gələr, bir-birinə təşəkkür edər və hindtoyuğu ziyafətinə qonaq olarlar.

Dini mərasimlərə qatılmaq, futbol oyunlarına baxmaq və xeyriyyə təşkilatlarında könüllülük etmək də bu bayrama xas adətlərdəndir.

Nyu-York şəhərində isə ənənəvi Macy’s Şükranlıq Günü Paradı keçirilir.

Tarixə görə 1621-ci ildə İngiltərədən köçmüş və ABŞ-ın müasir Massaçusets ştatının ərazisindəki Plimutda məskunlaşmış gəlmələr birinci olduqca çətin ilə tab gətirdikdən sonra yerli hindlilərlə məhsul yığımını bayram edib.

Amerikalıların böyük təntənə ilə qeyd etməsinə baxmayaraq, tarixindəndə göründüyü kimi bu, daha çox mühacirlərin bayramıdır.

Şükranlıq bayramının bir ənənəsi də var. Hindtoyuğunu əfv etmək. On illərdir davam edən adətə görə ABŞ prezidenti hər il iki milli Şükranlıq hindtoyuğunu əfv edir. Buna dair hətta belə bir zarafat da var: Ağ Evdə yalnız hindtoyuğu əfv oluna bilər…
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG