Accessibility links

Amerikana: Tələbələrin qeyri-adi vertolyot ixtirası [Video]


Merilend Universitetinin tələbələri 250 min dollarlıq mükafatı qazanmağa iddialıdır

1980-ci ildə Amerika Vertolyot Assosiasiyası insanın yaratdığı enerji ilə çalışan vertolyotu ixtira edəcək şəxsə mükafat verəcəyini açıqlayıb. 250 min dollarlıq Sikorski Mükafatının 60 saniyə havada qalan, 10 kvadrat metrlik çərçivənin xaricinə çıxmayan, eyni zamanda 3 metr hündürlüyə qalxa bilən cihaza verilməsi nəzərdə tutulub. Nə qədər qəribə olsa da, ixtiraya bu sahənin mütəxəssislərindən çox tələbələr daha yaxındır. Paytaxt Vaşinqtonun bir addımlığında yerləşən Merilend Universitetinin tələbələrdən ibarət mühəndislər komandası Sikorski Mükafatını əldə etməyə iddialıdır.

Uçan qurğunun təkmişlləşdirilməsində 50 könüllüdən ibarət qrup iştirak edir. Onların qurğusu mikro-karbon materiallardan, balsam ağacı, qurudulmuş köpük və başqa yüngül materialların qarışığından hazırlanır. Normal vertolyotdan fərqli olaraq yeni ixtirada fırlanğac pərləri qurğunun aşağısında yerləşir və yerə daha yaxın çalışır.

“Bu vertolyot 60 saniyə uçub və başqa bir sınaq zamanı 3 metr hündürlüyə qalxıb. Bunlar Sikorski Mükafatına layiq görülmək üçün tələb olunan 3 tələbdən ikisidir. İndi çalışırıq ki, bunun ikisini eyni zamanda edərək vertolyotu bir qədər də hündürlüyə qaldıraq və onu sabit idarə edə bilək” - deyə layihə rəhbəri, tələbə Vilyam Staruk bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG