Accessibility links

Amerikana: Vaşinqton Payızı - təbiətin möcüzəsi [Video]


Amerikanın bir çox hissələri artıq qarla örtülsə də, Vaşinqton bölgəsi hələ də qızıl payızın rəngarəngliyinə şahid olur. Vaşinqtonun payızı bir möcüzədir – hətta qızıl payız ifadəsi də bu mənzərınin qarşısında aciz qalır.

Bu il mülayim hava qırmızı, narıncı və sarı rəngli gözəlliyin daha uzun çəkməsinə səbəb olub. Bu mənzərəni görmək üçün Vaşinqtona minlərlə turist hələ də gəlməkdədir.

Ümumiyyətlə, belə gözəlliyin dünyanın bir çox digər yerlərində görünməməsi bu regionun iqlimi ilə bağlıdır. Yarpaqların rənglərini regionun temperaturuna və rütubət səviyyəsinə görə müəyyən edir. Bu möcüzənin səbəbi bu qədər sadədir.

Yarpaqlar Hallouin bayramından sonra tökülməyə başlayaraq Şükranlıq bayramı ərəfəsində bu mənzərəni çılpaq ağaclarla əvəzləyir.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG