Accessibility links

Amerikana: Vaşinqtonda "Uşaqlar üçün Novruz" [Video]


Amerikana: Vaşinqtonda "Uşaqlar üçün Novruz"
please wait

No media source currently available

0:00 0:04:44 0:00

Amerikana: Vaşinqtonda "Uşaqlar üçün Novruz"

"Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi tədbir əyləncə ilə yanaşı, maarifləndirici xarakter daşıyıb.

Övladları üçün Novruz əhval-ruhiyyəsi yaratmağa çalışan Amerikada yaşayan azərbaycanlılar böyük bayram tədbiri keçirib.

“Uşaqlar üçün Novruz” adlı tədbir Vaşinqton və ətrafında yaşayan azərbaycanlı ailələrin böyük marağını toplayıb.

"Amerikanın Azərbaycanlı Qadınları"nın təşkil etdiyi bu mərasim əyləncə ilə yanaşı maarifləndirici xarakter daşıyıb.

Belə ki, uşaqlar Azərbaycanın himnini oxuyandan sonra, xəritə, bayraq, gerb haqda, eləcə də Novruz bayramı və Azərbaycanın bəzi görməli yerləri barədə məlumatlar əldə edib. Kosa və keçəlin macəralarını göstərən video uşaqların marağına səbəb olub.

Şəkərbura, paxlama və qoğallardan dadan uşaqlar üçün milli rəqs də hazırlanıb.

Uşaqların əyləncəsi 2 saatdan çox rəqslər, müxtəlif rəngləmə və düzəltmə fəaliyyətləri ilə davam edir.

Sonda uşaqlar xatirə şəkli çəkdirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG