Accessibility links

ABŞ-ın Birgə Qərargahlar rəisi İraqdadır


ABŞ ali hərbi rəsmisi bu gün İraqa səfər edərək orada ABŞ komandanlığı və İraq rəsmiləri ilə görüşür. ABŞ Birgə Qərargahlar rəisi Martin Dempsi İslam Dövləti qrupuna qarşı müharibənin genişləndirilməsində növbəti mərhələni müzakirə etmək üçün İraqdadır. Bağdada bu gün çatan cənab Dempsi orada İraqın baş naziri Heydər Əl-Abadi ilə görüşüb.

Baş naziri sözçüsü bildirib ki, cənab Əl-Abadi ABŞ-la hərbi əməkdaşlığın daha da yaxınlaşdırılmasına ümid etsə də, Amerika qoşunlarının İraq ərazilərində müharibə aparmasını istəmir.

Səfərindən cəmi iki gün əvvəl general Dempsi ABŞ-ın Konqres komitəsinə bildirmişdi ki, ABŞ rəsmiləri Mosul və digər şəhərlərdə döyüşlər aparmaq üçün az saylı əsgəri İraqa göndərməyi nəzərdə keçirə bilər.

İslam Dövləti yaraqlıları Mosula nəzarəti iyun ayındə ələ keçirib.

XS
SM
MD
LG