Accessibility links

Amerikanın ən yaşlı Olimpiya marafonçusu [Video]


Afrikada anadan olan marafonçu Meb Keflezigi avqust ayında Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında Birləşmiş Ştatları təmsil edən atletlərdən biri olacaq. Oyunlar zamanı onun 41 yaşı tamam olacaq.

Dünya ətrafında dörd dəfədən çox. Bu, Meb Kefleziginin inidyədək qaçdığı məsafədir və o qaçmağa davam edir.

O, müstəsna bir insandır. Bunun ən böyük səbəblərindən də çətin şəraitdə, böyük ailədə böyüməsi və başqaları üçün çətin görünən şeyləri münətəzəm qaydada həyata keçirməsidir.

O, Olimpiya oyunlarında üç dəfə iştirak edib və 2004-cü ildə gümüş medal qazanıb. Keflezigi bu ildə Rioda keçiriləcək Yay Olimpiya oyunlarında ən yaşlı ABŞ Olimpiya marafonçusu olaraq da medal qazanmaq istəyir. O, qaçışa sevginin orta məktəbdə başladığını deyir.

“Mən 5:20 mil qaçdım və A qiymətini aldım, bir köynək qazandım və çox insan məni tanımağa başladı. Beləliklə də mən utancaqlığıma qalib gəldim.”

Amma döyüş meydanına çevrilmiş Eritreyada onun tanına biləcəyi çox uzaq bir ehtimal idi.

“Orada məktəbə getmək imkanımız yox idi. Hər yerdə əsgərlər var idi, ölkə boyu minalar yerləşdirilmişdi. Ona görə də ora bir uşaq üçün çox qorxunc bir mənzərə var idi və təəssüflər olsun ki, mən o şəraitdə böyüyürdüm. Amma sonda valideyinlərim oradan qaçmağa qərar verdi.”

ABŞ-a gədikdən sonra da onlar bir çox çətinliklə üzləşdi.

“Dil fərqli idi, ona görə də ifadə etmək istədiyin hər şeyi deyə bilmirdin. Bəzən isə heç nə deyə bilmirdin, çünki sözləri bilmirdin və özünü lal kimi hiss edirdin.”

Meb Keflezigi

Meb Keflezigi

Bob Larsen 20 ildən çoxdur Kefleziginin məşqçisidir. O deyir ki, Los Ancelesdə yerləşən Kaliforniya Universiteti möhkəm xarakterinə görə onu təhsil ala bilmək üçün tam təqaüdlə təmin edib.

“O, müstəsna bir insandır. Bunun ən böyük səbəblərindən də çətin şəraitdə, böyük ailədə böyüməsi və başqaları üçün çətin görünən şeyləri münətəzəm qaydada həyata keçirməsidir. O hər yerə gedib, hər yerdə yata bilirdi. Onun bütün ailəsi möhkəmdir.”

Larsen deyir ki, Kefelizigi ekstremal vəziyyətlərdə əziyyətlərin öhdəsindən gələ bilir və buna görə o bir çox marafonlarda qalib gələ bilib.

“O, Nyu York və Boston marafonlarında qalib gəlib. Bunu edib, sonra da Olimpiya medalı qazanan başqa biri olmayıb.”

Mən o an hiss etdim ki, karyeramın pik nöqtəsindəyəm və Yer üzünə marafonçu olub, başqa insanlara müsbət bir şəkildə təsir göstərə bilmək üçün gəlmişəm.

Keflezigi 2013-cü ildə Boston marafonu zamanı terroçuların partlayış törətməsindən bir il sonra qalib gəlib.

O deyir ki, 2014-cü ildə Boston marafonunda finiş xəttini keçməsi onun üçün Olimpiya medalını qazanmaqdan daha böyük məna daşıyır.

“Mən o an hiss etdim ki, karyeramın pik nöqtəsindəyəm və Yer üzünə marafonçu olub, başqa insanlara müsbət bir şəkildə təsir göstərə bilmək üçün gəlmişəm.”

Keflegizi bomba hücumundan sonra Boston marafonunda son 31 ildə qalib gələn ilk amerikalı kimi Amerikanın möhkəmliliyinin simvoluna çevrildi.

Rio de Janyeroda keçiriləcək Olimpiya Oyunları zamanı Keflezigi qaçış idman növündə qalib gələn ən yaşlı amerikalı ola bilər.

XS
SM
MD
LG