Accessibility links

Amerikanın Səsinin müxbiri İŞİD-in istehkamında başına gələnləri danışır [Eksklüziv]


Açin rayonu, Əfqanıstan

Açin rayonu, Əfqanıstan

Kabil, Cəlalabad və Açində olan Ayişə Tənzimin gördükləri, danışdıqları...

Günlərlə davam edən planlaşdırmadan sonra Amerikanın Səsinin jurnalistləri İŞİD-in nüfuz əldə etməyə başladığı Əfqanıstanın Nanqahar vilayətinə gedə bilib. Cənubi Asiya üzrə jurnalist Ayişə Tənzim həmkarı Gül Sarvanla gördüklərindən danışır.

Planlaşdırma günlərlə davam etdi. Bizim əsas plan və daha sonra ikinci planımız var idi. Əminliklə bilirdik ki, bu planların hər biri hər an uğursuzluğa uğraya bilər.

Məqsədimiz yalnız Əfqanıstanda İŞİD yaraqlılarının mərkəzinə çevrilməkdə olan Nanqahar vilayəti deyildi, həm də onların istehkamı hesab edilən Açin qəsəbəsinə getməyi planlaşdırırdıq.

İŞİD bizim yeganə problemimiz deyildi. On illərdir davam edən münaqişələr, zəif hökumət, gündən-günə tükənməkdə olan təhlükəsizlik qüvvələri və eləcə də zəngin kimi görünən əcnəbilərin orada olması Əfqanıstanı kriminallar üçün cənnətə çevirib. Pul üçün insanların oğurlanması əsas narahatlıqlardandir.

Yalnız İŞİD-mi?

İŞİD bizim yeganə problemimiz deyildi. On illərdir davam edən münaqişələr, zəif hökumət, gündən-günə tükənməkdə olan təhlükəsizlik qüvvələri və eləcə də zəngin təəssürat bağışlayan əcnəbilərin orada olması Əfqanıstanı kriminallar üçün cənnətə çevirib. Pul üçün insanların oğurlanması başlıca narahatlıqlardandir.

Əgər pulu olan adam təsiri bağışlasan, hədəfə düşürsən. Əgər əcnəbisənsə, üzərindəki hədəf daha da böyüyür.

Digər çətinlikləri də xülasə edim. Partlayışlar və intiharçı hücumları hər an baş verə bilər və bu vəziyyətə hazırlaşmaq çox çətindir. Bəli, bura Əfqanıstandır. Kafeyə getdiyin yerdə qəlpə yarası da ala bilərsən. Yəni, bir növ bunların öhdəsindən gəlməyi öyrənirsən.

Qərara gəldik ki, Əfqanıstanda adi sayılan sınıq-salxaq Toyota Korolladan istifadə edək. Bu maşına heç kəsin gözü düşməzdi.

Daha sonra düzgün mövzu tapılmalı və saxta vəsiqələr əldə edilməli idi. Yoxlama məntəqəsindəki yerli polisləri və ya otel işçilərini Amerikanın Səsi üçün çalışan əcnəbi jurnalist olduğum barədə xəbərdar etmək heç də yaxşı fikir deyildi. Söz çox tez yayılır və bu məlumat pis insanların qulağına çata bilərdi.

Burada mənim Cənubi Asiyalı görünüşüm dadıma çatdı. Əgər yerli paltarlardan geyinsəydim və ağzımı açmasaydım əfqan kimi də qəbul oluna bilərdim. Kameramanım və təşkilatçım əfqan idilər.

Əcnəbilərin və zənginlərin qalmayacağı aşağı səviyyəli mehmanxana kirayələdik və otaqların ikinci mərtəbədə olmasını istədik. Məqsədimiz hər hansı hücum zamanı qaçmaq üçün yetərli vaxtın olması və ikinci mərtəbədən tullanıb qaça bilməyimiz idi.

Cəlalabad

Nanqaharın paytaxtıdır. Kabildən qat-qat mühafizəkardır. Kamera qarşısında dayanan hər hansı bir qadın, hətta burkada da olsa şübhə obyektinə çevrilir. Yəni son günədək küçədə çəkiliş aparmamalıyam. İlk öncə qapalı məkanlarda çəkilişləri bitirib, bayırdakı çəkilişləri planlaşdırdıq ki, hərəsinə 10 dəqiqədən çox vaxt ayırmayaq və dərhal da Kabilə yola düşdük. Bütün yol boyu maşının güzgüsündə arxaya baxaraq heç kəsin bizi izləmədiyinə əmin olmağa çalışırdıq.

Cəlalabadda hoteli tərk edəndən sonra ayaq yolundan istifadə variantımız ola bilməzdi, çünki bu, bizi üzə çıxara bilərdi. Ona görə də mən bir gün öncə bacardığım qədər çox su içməyə çalışdım və növbəti gün axşam saat 5-dək susuzluğumu yatırmaq üçün saqqız çeynədim.

Səfərin ən təhlükəli hissəsi isə Açinə səfər idi. Planımız yaxınlaşdıqca daha görünən olmalı idi. Yerlilərdən biri olmaq. Lanşaftın bir hissəsi olmaq.

Buraya hətta təbii ehtiyaclarımızın nəzarətdə saxlanması da daxil idi. Cəlalabadda oteli tərk edəndən sonra ayaq yolundan istifadə variantımız ola bilməzdi, çünki bu, bizi üzə çıxara bilərdi. Ona görə də mən bir gün öncə bacardığım qədər çox su içməyə çalışdım və növbəti gün axşam saat 5-dək susuzluğumu yatırmaq üçün saqqız çeynədim.

Biz həmçinin bilirdik ki, Açində kameramızı çıxardığımız an hədəfə çevriləcəyik. Ona görə də, bunun qarşısını almaq üçün bizə mühafizə lazım idi.

Əfqanıstanın prezidenti kimi

Rahim Gül Sarvan – mənim əfqan həmkarım. Əminliklə deyə bilərəm ki, bu şəxs olmasaydı, mənim səfərim mümkün olmazdı. Bir çox təhlükəli yerlərdə jurnalistlik təcrübəsi olan Sarvanın qəsəbənin qubernatoru Hacı Qaliblə tanışlığı var idi. Qalib yerli mediada İŞİD-ə qarşı mövqeyinə görə qəhrəman kimi tanınır. O, Açində təhlükəsizliyimizi təmin etməyə söz verdi. Ancaq təşkil olunan təhlükəsizlik bizim gözlədiyimizdən daha güclü idi. Bir gün əvvəl müsahibə apardığımız Nanqahar vilayətinin şura üzvü Zabiullah Zmaray da qəsəbədə bizi müşayiət etməyə razılıq verdi.

Açinə getməyə hazırlaşanda qapıda bizi AK-47-lərlə silahlanmış zirehli jiletli onlarla kişi və iki maşının gözlədiyini gördük. Yolda bizə Əfqanıstan Milli Ordusunun əsgərləri də qoşuldu. Minamyotlarla silahlanmış zirehli hamvilər! Bir anlıq düşündüm ki, deyəsən mən bu ölkənin prezidenti seçilmişəm. Bu, indiyədək gördüyüm ən VIP rəftar idi, özü də dünyanın ən təhlükəli yerində.

O, İŞİD-ə qarşı ictimai şəkildə danışan nadir yerli liderlərdəndir və ona görə də İŞİD-in hədəfindədir. Bundan başqa onda ənənəvi əfqan qonaqpərvərliyi var idi və mən də onun qonağı idim.

Beləliklə Açinə getməyə hazırlaşanda qapıda bizi AK-47-lərlə silahlanmış zirehli jiletli onlarla kişi və iki maşının gözlədiyini gördük. Yolda bizə Əfqanıstan Milli Ordusunun əsgərləri də qoşuldu. Minomyotlarla silahlanmış zirehli hamvilər! Bir anlıq düşündüm ki, deyəsən mən bu ölkənin prezidenti seçilmişəm. Bu, indiyədək gördüyüm ən VIP rəftar idi, özü də dünyanın ən təhlükəli yerində.

Ancaq bu, həm də o demək idi ki, biz artıq gözəgörünməz deyilik. Bunun qarşısını ala bilməzdim, ancaq unutmayın ki, bu ölkədə hücumların bəziləri elə hüquq-mühafizəçiləri tərəfindən həyata keçirilib.

İŞİD-in nəzarətindəki Açin qəsəbəsi

Açin tozlu-torpaqlı bir yerdir. Getdiyimiz yol İŞİD və Talibanla döyüşlərə səhnə olan ərazilərlə əhatə olunub. Sürücü mənə dedi ki, yaxınlıqda görünən bazar çox təhlükəlidir, çünki yaraqlılar oradan hərəkət edən avtomobillərə qumbaralar atır.

Sonda reportajımız alındı və mən sağ qaldım, bunları sizə danışa bilirəm. Amma buna dəyərdimi? Mənim üçün bəli. Bəs bunu yenidən edərdimmi? Düşünmədən!

Son məntəqəyə çatanda burada Əfqanıstan hökumətinin səlahiyyətləri bitirdi. İnsanlar mənə yenicə partladılmış maşımları göstərirdi.

Biz artıq zirehli maşınları tərk etmişdik və zirehli jilet əynimdə hamvidə idim. Hamvidən çıxan kimi mənə dedilər ki, başını aşağı əyərək dayanmadan baryerlərin arxasına qaç. Sonra öyrəndim ki, İŞİD-in uzunməsafəli snayperi bu postdakı əsgərləri nişan almaq üçün pusquda durur.

Sonda reportajımız alındı və mən sağ qaldım, bunları sizə danışa bilirəm. Amma buna dəyərdimi? Mənim üçün, bəli. Bəs bunu yenidən edərdimmi? Tərəddüdsüz!

XS
SM
MD
LG