Accessibility links

Amerikanın xaricdə rüşvət qanunları və FIFA [Video]


FIFA-ya qarşı ittihamnamələr ABŞ Ədliyyə Nazirlyinə qarşı qəzəbə yol açıb

2015 –ci il FIFA və 1998-ci il Solt Leyk Siti Olimpiya Komitəsi qalmaqallarının ortaq nöqtəsi hər ikisinin ABŞ Ədliyə Nazirliyi tərəfindən başladılan korrupsiya istintaqının hədəfi olmasıdır. Bəs Birləşmiş Ştatlar beynəlxalq idman təşkilatlarına qarşı rüşvət ittihamları irəli sürə bilər mi? Bu suala növbəti reportajda cavab axtarılır.

FIFA-ya qarşı ittihamnamələr ABŞ Ədliyyə Nazirlyinə qarşı qəzəbə yol açıb.

Blatter islahatlar barədə sadəcə ona qarşı təzyiq artanda danışır. Sonra isə bu mövzu yenə arxa plana keçir

“Amerika Dünya Kuboku üzərində ilahi hüquqa sahib olduğuna inanır,” deyə FIFA-nın sabiq vitse-prezidenti Cek Uarner bildirib.

Rusiya prezidenti Vladimir Putin isə “Bu, ABŞ-ın öz yurisdiksiyasını digər ölkələrə yaymaq cəhdidir” deyib.

Lakin ABŞ-ın hüquq alimləri düşünür ki, bu ittihamnamənin əsasında iki sual dayanır: Cinayət ABŞ torpağında baş veribmi? İkincisi də, bu cinayətdə iştirak edənlərin üzərindəki yurisdiksiya nəyə əsaslanır?

“Bu, bir nəfərin ABŞ torpağında ola-ola qəsdən xarici ölkədə digər bir şəxsə atəş açmasından fərqli bir şey deyil. Düzdür zərərçəkən xarici ölkədədir, amma cinayət aktı və niyyət ABŞ-da baş verib.”

Arlen ABŞ maliyyə qurumları vasitəsilə ödənilən rüşvətin Birləşmiş Ştatlar tərəfindən təhqiq edilə biləcəyini deyir. O qeyd edir ki, Ədliyyə Nazirliyi onillərdir həm yerli, həm də xarici rüşvətxorluğu təqib edib. Buna 2002-ci ildə Qış Olimpiya oyunlarına ev sahibliyi etmək hüququnu qazanmaq üçün 1998-ci ildə Solt Leyk Siti şəhər Olimpiya Komitəsindəki rüşvət qalmaqalı daxildir.

Sepp Blatter

Sepp Blatter

Anti-korrupsiyaya nəzarət üzrə ekspert Aleksandra Reyc 2013-ci ildə istefa verənədək FIFA İcraiyyə Komitəsinin üzvü olub. O, Amerikanın Səninə FIFA-da rüşvət mədəniyyətinin uzun illərdir davam etməsinin səbəblərini açıqlayır.

“Qapalı qurum olanda, heç bir nəzarət olmayanda, şirkətlərdəki kimi müstəqil idarə heyəti üzvləri olmayanda belə bir mentalitet yaranır ki, biz işimizi elə həmişəki kimi yürütməliyik. FIFA-da da uzun müddətdir baş verən budur.”

Reyc deyir ki, FIFA həqiqətən də islahatlar aparmaq istəsəydi, bunu çoxdan etmiş olardı.

“Əvəzində Blatter islahatlar barədə sadəcə ona qarşı təzyiq artanda danışır. Sonra isə bu mövzu yenə arxa plana keçir”.

1998-ci ildən bəri FIFA-nın prezidenti vəzifəsində çalışan Sepp Blatterlə bağlı istintaq davam edir. O, növbəti prezidentin adı açıqlanandan sonra istefa verəcəyini desə də, təkidlə günahsız olduğunu bildirir.

XS
SM
MD
LG