Accessibility links

ABŞ-ın yeni vətəndaşları [Video]


ABŞ-ın yeni vətəndaşları
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Two unnamed female Sri Lankan baby leopards (Panthera pardus kotiya) are seen in a zoo in Maubeuge, France.

Ölkə boyu minlərlə insan ABŞ-ın yeni vətəndaşları kimi and içib

Amerika Birləşmiş Ştatları müstəqilliyinin 237-ci ildönümünü qeyd etdiyi bir vaxt ölkə boyu minlərlə insan ABŞ-ın yeni vətəndaşları kimi and içib. Belə andiçmə mərasimlərindən biri Ağ Evin bir addımlığında baş tutub.

ABŞ 237-ci ad gününü qeyd etdiyi bir vaxt 21 ölkədən 30 nəfər Amerika vətəndaşı olub. Onlardan biri misirli Əşrəf Muxtardır: “ABŞ vətəndaşı olmağımla qürur duyuram. İstəyirəm vədimə əməl edib yaxşı vətəndaş olum”.

Caklin Fray isə Böyük Britaniyadandır: “Çox çətin oldu. Uzun yol idi. Amma sonu yaxşı oldu. Xoşbəxtəm”.

Bu uzun yolun sonu ABŞ maliyyə naziri Cək Lyu rəhbərliyi ilə keçirilən andiçmə mərasimi olub.

Atası Polşadan mühacirət etmiş birinci nəsil amerikalı olan cənab Lyu yeni ABŞ vətəndaşı olanları alqışlayıb. “Biz burada yalnız sizə verilənləri deyil, həm də sizin bu ölkəyə töhvələrinizi qeyd edirik” - deyə Cək Lyu bildirib.

Bu, yeni amerikalılar uzun illər səylə çalışaraq İngilis dillərini mükəmməlləşdirib, Amerika tarixi, hökuməti və s. öyrənib və bəzilər qeyri-müəyyənlik içərisində gözləyib.

Ancaq Panamadan olan Herbert Kruks deyir ki, o, bu günün gələcəyinə əmin olub: “Daxilimdə mən özümü amerikalı hesab etmişəm. Bu, mənim xəyallarımım gerçəkləşməsidir. Nəhayət, buna nail oldum”.

Amerikalılar müstəqilliklərinin növbəti ilini qeyd etdiyi bir vaxt bu 30 yeni ABŞ vətəndaşı da bayramı qeyd edənlər sırasına qatılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG