Accessibility links

Amerikanın Azərbaycandakı səfiri müxalifət partiyasının lideri ilə görüşüb


Amerikanın Azərbaycandakı səfiri müxalifət partiyasının lideri ilə görüşüb
Amerikanın Azərbaycandakı səfiri müxalifət partiyasının lideri ilə görüşüb

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, son günlər gənc fəalların həbs olunması və ümumilikdə siyasi məhbuslar problemi müzakirə olunub. Bundan başqa, Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşüb.

AXCP mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, son günlər gənc fəalların həbs olunması və ümumilikdə siyasi məhbuslar problemi müzakirə olunub. Bundan başqa, Azərbaycanda söz və sərbəst toplaşma azadlığı, onun ölkədə tətbiq olunma perspektivi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin müavini Yeva Kupça da iştirak edib.

XS
SM
MD
LG