Accessibility links

Amerikanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib


Amerikanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

Amerikanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, Üsama bin Ladenin zərərsizləşdirilməsi yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir.

“Üsama bin Ladenin zərərsizləşdirilməsi yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir. Biz bu xəbərdən xeyli məmnunuq. Çünki bin Laden dünyanın ən böyük dinlərindən biri olan İslam dinin adından sui-istifadə edir, dinlərarası təfriqənin qızışdırılması istiqamətində fəaliyyət göstərirdi.” Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Cənab Brayza APA agentliyinə bildirib ki, bin Ladenin ölümü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizliyinin bir qədər gücləndirilib: “Bu da ABŞ-ın dünyada olan bütün səfirliklərində olduğu kimidir. Mən və səfirliyin əməkdaşları burada özümüzü təhlükəsizlik baxımından yaxşı hiss edirik. Azərbaycanın müvafiq orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri səfirliyin mühafizəsi istiqamətində xeyli iş görüb. Onların fəaliyyətindən məmnunuq”.

ABŞ-ın Bakıdakı səfirliyi eyni zamanda Azərbaycandakı Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırır. Buna səbəb Əl-Qaidə terror təşkilatının lideri Üsama bin Ladenin öldürülməsi nəticəsində terror təhlükəsinin artmasıdır.

Səfirliyin mətbuat katibi Keith Bin “Media forum” saytına deyib ki, artıq Azərbaycanda olan Amerika vətəndaşlarına müvafiq xəbərdarlıq çatdırılıb: “ABŞ Dövlət Departamenti Üsama Bin Ladenin öldürülməsi ilə əlaqədar artan terror təhlükəsi ilə bağlı xaricdə yaşayan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib. Biz də həmin mesajı SMS vasitəsilə ABŞ-ın Azərbaycandakı səfirliyində qeydiyyatda olan Amerika vətəndaşlarına çatdırmışıq. Eyni zamanda, həmin xəbərdarlığı ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsində yerləşdirmişik. Azərbaycanda yaşayan ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırırq”.
Mətbuat katibi bildirib ki, səfirliyin və onun əməkdaşlarının iş rejimində heç bir dəyişiklik edilməyib: “Gündəlik iş rejimində işləyirik,” deyə o, qeyd edib.

XS
SM
MD
LG