Accessibility links

Amerikanın balet ulduzu Bolşoyun səhnəsində uğurlar qazanır


Amerikanın balet ulduzu Bolşoyun səhnəsində uğurlar qazanır
Amerikanın balet ulduzu Bolşoyun səhnəsində uğurlar qazanır

Deyvid Hollberqi balet şahzadəsi adlandırırlar

Balet ulduzu Deyvid Hollberq ilk amerikalı olaraq Bolşoy-un səhnəsində çıxış edir. Orada onu balet şahzadəsi adlandırırlar. 29 yaşlı Deyvid Hollberq Amerikanın Cənubi Dakota ştatındandır. Birləşmiş Ştatların mədəniyyət mərkəzindən uzaq olan bir bölgədə böyüyən bu rəqqas indi dünyanın məşhur Bolşoy teatrının səhnəsində böyük uğurlar qazanır və bunun onun üçün xüsusi məna kəsb etdiyini deyir: “Mənim üzərimdə böyük məsuliyyət var. Əlbəttə, bu çox ağır işdir. Lakin yeni əsrin baleti yeni nəslin tələblərinə cavab verməlidir.”

Hollberq Bolşoyun səhnəsində əsas rolun ifaçılarından biri olacaq. Son 10 ildə o, böyük nailiyyətlər əldə edib. 1999-cu ildə Paris Opera-Balet məktəbində təhsil alıb. 2000-ci ildə isə Nyu-York şəhərindəki Balet Teatrında çalışıb. O, hazırda da Amerika Balet Teatrının solistidir və vaxtaşırı bu teatrın səhnəsində çıxış edir.

Kevin Makkenzi Amerika Balet Teatrının bədii rəhbəridir. O, Deyvid Hollberqin potensial imkanlarından heç zaman şübhəsi olmadığını deyir: “Biz aramıza istedadlı bir yeniyetmənin gəldiyini anlamışdıq. Vaxtı gələndə onun üçün qapıların açılacağı və onun meteor kimi uşacağı məlum idi.”

Belə bir tarixi addım 50 il bundan əvvəl, məşhur balet ustası Rudolf Nureyevin Sovet İttifaqından qaçdığı zaman atılmışdı. Bu xəbər rəqs dünyasını alt-üst etmişdi. 1974-cü ildə isə məşhur rəqqas Mixail Barışnikov Sover İttifaqını tərk etdi. İndi isə əksinə olub.

Hollberg bu əməkdaşlığın müsbət nəticələr verəcəyini deyir: “Mən ətrafımda baş verənləri qavramağa, digər balet ifaçılarını izləməyə çalışıram. Onu da deyim ki, digər rəqqaslar da məndən öyrənir, mənim kimi ifa etmək istəyir.”

Deyvid Hollberg Bolşoyda, “Jizel” baletində debyutunu noyabr ayının əvvəllərində edəcək.

XS
SM
MD
LG