Accessibility links

Amerikanın Berklee musiqi kollecinin bir qrup tələbəsi Keniyada səfərdə olub

  • Nərminə Cəlalqızı

Amerikanın Berklee musiqi kollecinin bir qrup tələbəsi Keniyada səfərdə olub

Amerikanın Berklee musiqi kollecinin bir qrup tələbəsi Keniyada səfərdə olub

Bu səfər iki ölkə arasında mədəni mübadilə proqramı üzrə həyata keçirilib

Amerikanın Berklee Musiqi kollecinin bir qrup tələbəsi və məzunu üç həftə Keniyada qaldıqdan sonra geri dönüb. Bu səfər iki ölkə arasında mədəni mübadilə proqramı üzrə həyata keçirilib. Keniyada musiqi həyatın əsas hissələrindən biridir.

Sem Lutomia Bostondakı Berklee Musiqi Kollecində çalışır. O, "Global Gənclik Çeşməsi" təşkilatının həmtəsisçisidir Sem Keniyada doğulub, boya-başa çatıb. “Mən özümü biləndən məktəbdə mahnı oxuyuram. Bizim məktəbdə musiqi və xor üzrə hər il müsabiqələr keçirilir.” deyə, o bildirir.

Bu təşkilatın məqsədi Kenyalı gəncləri qərb musiqisi ilə yaxından tanış və onlara müsiqi karyeralarında yardım etməkdir. Sem Berklee Musiqi Kollecinin tələbələri və işçiləri ilə fikirlərini bölüşərkən onların müsbət münasibətini gördüyünü deyir. O, bundan sonra musiqi alətləri topladıqlarını və icma mərkəzi açmaq məqsədi ilə keçən ay Keniyaya yola düşdüklərini deyir.

Bu səfərə Bostonun müxtəlif məktəblərindən 4 şagird də daxil edilməklə, 13 amerikalı çıxıb. Onlardan biri 17 yaşlı Marina Millerdir. “Biz fəaliyyətə Nairobidən başladıq. Biz yerli musuquçuilərlə görüşmək və onları dinləmək istəyirdik.” deyə, Marina bildirir.

Keniyanın qərbində yerləşən Kakameqada Aron Kolverson koordinatorluğu ilə həyata keçirilən layihə iştirakçıları hədiyyələr təqdim edib. “Biz 20 alət toplaya bildik. Buraya akustik qitara, elektron qitara, skripka, fleyta, Klarnet, saksofon və trombon daxildir. Bizim səsyazma aparatımız və zərb alətimiz, eləcə də lap-topumuz var.”

Qrupun təşkil etdiyi tədbirdə 15-lə 30 yaş lar rasında onlarla kenyalı iştirak edib. Layihə direktoru Aron Kolverson musiqinin böyük qüdrətə malik olduğunu deyir. “Uşaqların qarşısına musiqi ilə çıxıldıqda, onların düşüncələri üzə çıxır. Manhilar və bəstələr onlara özlərini ifadə etmələrinə imkan yaradır.

Bundan əlavə qrup kimsəsiz uşaq evlərində seminarlar keçirib, milli musiqi festivallarında iştirak edib. Kolverson səfər zamanı yerli musuquçilərlə görüşdüklərini, onların ifasında musiqi dinlədiklərini deyir. O, Keniyada olarkən bu ölkənin milli musiqi alətlərində çalmağı, mahnı oxumağı və rəqs etməyi də öyrəndiklərini deyir.

XS
SM
MD
LG