Accessibility links

Amerikanın gözəl ənənələrindən biri də Los-Ancelesdə həyata keçirilir

  • Nərminə Cəlalqızı

Amerikanın gözəl ənənələrindən biri də Los-Ancelesdə həyata keçirilir

Amerikanın gözəl ənənələrindən biri də Los-Ancelesdə həyata keçirilir

Sakinlər tarixi yenidən canlandırmaq üçün Vest Adams mahalındakı Angelos Rosedale qəbristanlığına gəlir. Qəbristanlığına gələnlər vaxtilə burada yaşayan məşhurların həyatları barədə maraqlı əhvalatlar eşidir.

Hər il Los-Anceles sakinləri tarixi yenidən canlandırmaq üçün Vest Adams mahalındakı qəbristanlığa gəlir. Hollivudun çox sayda məşhuru Angelos Rosedale qəbristanlığında dəfn edilib. Onlardan biri də vaxtilə yaxınlıqdakı məhəllədə yaşayan, “Gone vvith the VVind” filminə görə Oskar mükafatının qalibi Hatti Makdanieldir.

Yerli sakinlərin yardımı ilə buraya gələn insanlar vaxtilə burada yaşayan məşhurların həyatları barədə maraqlı əhvalatlar eşidirlər. Onlar söylədikləri əhvalatları canlı birinci şəxs qismində çatdırmağa çalışırlar. Metyu Kravits Virginiya ştatından gəlib və özünü Birləşmiş Ştatlarda Vətəndaş Müharibəsi zamanının hərbi dəniz donanması kapitanı Villiam Qlassel rolunda göstərir. “Mən şimal donanmasına hücum edən ilk sualtı qayığa komandirlik etmişəm.” - deyə, Metyu Kravits bildirir.

Qlassel müharibədən sağ qayıdıb. O, Los-Ancelesin cənub-şərqindəki Oranc şəhərinin təməlini qoyanlardandır.

Portas Bakster Veer yardımçıları ilə birlikdə 1897-ci ildə Klondayk Gold Rush –ın ilk qızıl axtaranlarından olub. Portas Bakster Veerin simasında yerli sakin Qreq Viberdir. “Biz Şimali Amerika Nətliyyat və Ticarət şirkəti qurduq və qızıl axtarmaq üçün insanlar cəlb edirdik.”

Vier kimi burada dəfn edilən insanların keçmişində maraqlı əhvalatlar olub. Mişel Yusifzadə isə vaxtilə maşın yarışlarında iştirak edən Nina Vitaqliano Torr-u nümayiş etdirməyə çalışır. “O, Avropada idi. Onun kral ailəsindən olduğu deyilsə də, bu doğru deyil. O, Kalifornaiyada anadan olmuşdu.”

Nina Vitaqliano Tor 1918-ci ildə maşın yarışları zamanı həlak olub.

Cina Yuvett Deyvis qaradərili novator kitabxanaçı Miriam Mateus rolundadır. “Kiminsə həyatını, onun nələr etdiyini öyrənmək insana ruh verir” –deyə Cina bildirir.

Buraya, tamaşaya ildə yüzlərlə insan gəlir. Onalrdan biri də Fran Payontekdir. “Çox insanın burada olanlardan, burada dəfn edilən insanlardan xəbəri yoxdur. Tarixi bilmək gözəldir.”

Gələn il daha çox insanın həyatından danışılacaq.

XS
SM
MD
LG