Accessibility links

Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Maykl Makfolun nominasiyası təsdiq edildi

  • Amerikanın səsi

Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Maykl Makfolun nominasiyası təsdiq edildi

Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Maykl Makfolun nominasiyası təsdiq edildi

ABŞ Senatı Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Maykl Makfolun nominasiyasını təsdiq edib. Bu təyinata qədər Makfol Amerika prezidentinin Rusiya və Avrasiya məsələləri üzrə müşaviri vəfizəfində çalışırdı.

1963-cü ildə anadan olan Makfol Rusiya və Ukrayna üzrə tanınmış ekspert və bir neçə kitabın müəllifidir. O, Rusiya-Amerika münasibətlərinin “reset” siyasətinin memarı hesab edilir.

Səfirin təsdiqi bir neçə respublikaçı senatorun etirazına görə yubadılırdı. Təyinat baş tutmasa idi, Rusiya bir neçə ölkə ilə bərabər yeni ili səfirsiz qarşılayacaqdı.

Hazırkı səfri Con Beyerli isə Moskvanı tərk etməyə hazırlaşır.

XS
SM
MD
LG