Accessibility links

Amerikanın səsinin ilk canlı forumununda Urmiyə gölünün vəziyyəti müzakirə olundu


Amerikanın səsinin ilk canlı forumununda Urmiyə gölünün vəziyyəti müzakirə olundu

Amerikanın səsinin ilk canlı forumununda Urmiyə gölünün vəziyyəti müzakirə olundu

Bu gün Amerikanın səsinin saytında ilk dəfə Canlı Forum keçirilib. Urmiyə gölünün ekoloji problemlərinə həsr edilən ilk Canlı Forumun qonağı İllinoys Universitetinin Kənd Təsərrüfatı üzrə professoru Məhəmməd Kanduri olub. Cənab Kanduri oxucularımızın məsələnin müxtəlif cəhətləri barədə çoxsaylı maraqlı suallarını cavablandırmağa çalışıb.

Professorun sözlərinə görə, göl quruduğu təqdirdə yerdə qalan duz insanlar ətrafdakı heyvanlar və bitkilərə böyük zərər verəcək, zərərli duzlar regionun bütün həyat tərzinə mənfi təsir göstərəcək və burada yaşamaq olduqca çətin, bəlkə də imkansız olacaq.

Onun sözlərinə görə, Urmiyəyə axan çaylar üzərindəki su bəndləri açılmasa və gölün qurumasının qarşısı alınmasa gölün bu həmin çaylardan istifadə edən ərazilərə və bu ərazilərdə yetişən məhsula da təsir edəcək və həmin ərazilər də aradan gedəcək: “Tarixdə heç belə bir hadisə baş verməyib. Beynəlxalq alimlər araşdırma aparıb ki, 27 il əvvələ qədər göldə quruma baş verməyib. Keçən min illər gölün suyu arabir ərzində azalıb çoxalsa da, keçmişdə gölün quruması barədə heç bir dəlil yoxdur.”

Cənab Kandurinin fikrincə, burada həmişə su qıtlığı olub və bu bölgə Azərbaycan Respublikasındakı kimi deyil. Məsələ budur ki, bölgədə içməli suya ehtiyac var. Burada əhalinin sayı çoxalıb. Ona görə də əhalinin su ehtiyacı ödənilməlidir. İndi az su ilə çox məhsul əldə etmək məqsədi ilə ən yeni texnologiyalardan istifadə etmək olar.

Məhəmməd Kandurinin oxucularımızın suallarına cavab verdiyi canlı forumu tam olaraq buradan oxuya bilərsiniz.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG