Accessibility links

Amerikanın səsinin müxbiri Fukuşimada olan ilk jurnalistlərdən biridir


Stiv Herman Fukuşima Daiçi nüvə elektrik stansiyası yaxınlığındakı Nami şəhərindən məlumat verdiyi zaman
Stiv Herman Fukuşima Daiçi nüvə elektrik stansiyası yaxınlığındakı Nami şəhərindən məlumat verdiyi zaman

Amerikanın səsinin müxbiri Stiv Herman Yaponiyada nüvə fəlakətini işıqlandıran ilk jurnalistlərdən biridir. O, Los Angeles Times qəzetinin müxbiri ilə birlikdə Fukuşima nüvə elektrik stansiyasına səfər edib. Martın 13-də onların avtomobili stansiyanın darvazası qarşısında saxlanıb və jurnalistlər yüksək səviyyədə radiasiya zonasından uzaqlaşdırılıblar. “Polis bizə maşının pəncərələrini açmamağı və qayıtdıqdan sonra yaxınlıqdakı Tamura şəhərində radiasiya yoxlama mərkəzinə getməyi və maşını yumağı tapşırdı”-deyə Herman bildirir.

Stiv Hermanın foto-şəkilləri və reporatjları Amerikanın səsinin veb səhifəsində ən çox oxunan məqalələr kateqoriyasında göstərilir. Yaponiyada olduğu müddətdə o, CNN və ABC tele-şirkətlərinə müsahibələr verib. Hermanın Twitter və başqa sosial şəbəkələr vasitəsilə göndəridyi məlumatlar onun bütün dünyada jurnalist həmkarları tərəfindən çox yüksək qiymətləndirilmişdir. Stive Hermanın reportajları haqda daha ətraflı məlumatı www.insidevoa.com. səhifəsinə tapa bilərsiniz.

XS
SM
MD
LG