Accessibility links

Amerikanın Səsinin müxbiri Hillari Klintonun Bakıya səfərini şərh edir (VİDEO)


Sual: Skott, bu gün Hillari Klintonun Bakıda keçirdiyi görüşlər haqda nə məlumat verə bilərsən? Günün yaddaqalan məqamları hansılar idi?

Cavab: Dövlət Katibi Hillari Klinton Bakıya səfərində əsasən ABŞ-Azərbaycan münasibətlərinə diqqət yetirdi ki, burada təhlükəsizlik, enerji və demokratik islahatlar başlıca yer alırdı. O, Azərbaycan hökumətinə İraq və Kosovoda Qərb alyansına göstəridiyi yardıma görə, habelə Əfqanıstanda yerli hökumətin təhlükəsizliyi 2014-cü ildə təhvil alanadək həmin ölkənin təchizatına yardım etdiyinə görə təşəkkür etdi. O, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədindəki situasiyaya toxundu. Xanım Klinton təmas xəttində eskalasiya edən gərginliklərdən narahat olduğunu bildirdi. O, mənasız zorakılıq sikli üçün heç bir əsas olmadığını bəyan etdi. Dövlət katibi hər iki lideri təmkin nümayiş etdirməyə və xalqlarını sülhə hazırlamağa çağırdı. Enerji təhlükəsizliyinə diqqət yetirən Klinton Xəzər neft-qaz sərgisinə baş çəkdi və orada Amerika bizneslərini təmsil edən iş adamları ilə görüşdü.

Sual: Hillari Klinton Bakıda olarkən bu günlərdə həbsdən buraxılmış gənc siyasi fəal Bəxtiyar Hacıyevlə görüşdü. Bu görüş qabaqcadan planlaşdırılmışdımı?

Cavab: Xanım Klinton cənab Hacıyevlə görüşəcəyinə ümid bəsləyirdi və təbii ki, cənab Hacıyev həbsdən buraxılmasaydı, bu, mümkün olmazdı. O, Bakıda sivil cəmiyyət liderləri ilə görüşdü və bu görüşlərin tərkib hissəsi olaraq Bəxtiyar Hacıyevlə görüşməkdən məmnun qaldı. Xanım Klinton Azərbaycan hökumətini insanların öz düşüncələrini sərbəst ifadə etməsinə imkan yaratmağa və nümayişlərdə iştirak etmiş adamları həbsdən buraxmağa çağırmaqla insan haqları məsələsinə diqqət çəkdi. Azərbaycanın xarici işlər nazirinə də mətbuat konfransında bu mövzuda sual ünvanlandı və o, bildirdi ki, Azərbaycan bu sahədə göstəriciləri yaxşılaşdırmağa səy göstərir.

Sual: Xanım Klinton Bakıdan hansı təəssüratlarla ayrıldı?

Cavab: Bakıya gələrkən neftin Azərbaycana gətirdiyi iqtisadi var-dövləti görməmək mümkün deyil. Bakıdadkı nəhəng inşaat layihələri, üstəgəl Azərbaycanın Eurovision yarışına ev sahibliyi etməsi bu uğun göstəriciləri sayıla bilər. Bakı vaxtikən Sovet ittifaqının dördüncü ən iri şəhəri olub və və sabiq Sovet məkanında bu qədər inkişaf etmiş ikinci belə şəhər tanımıram. Obama adminstrasiyası ümid edir ki, Azərbaycanda iqtisadi gələcəyə inam artdıqca hökumət insanlara öz düşüncələrini sərbəst ifadə etməyə imkan yaradacaq və bu ümid Hillari Klintonun gündəliyində əks olunurdu. Dövlət katibi hesab edir ki, Azərbaycanda iqtisadi proqres və enerji təhlükəsizliyi insan haqlarına hörmətlə uzlaşmalıdır.

XS
SM
MD
LG