Accessibility links

Azərbaycan və Amerika Gənc Liderlər Proqramına başlayır


Azərbaycan və Amerika bayraqları
Azərbaycan və Amerika bayraqları

Bu il 16 amerikalı məktəbli və 3 məktəb müəllimi Azərbaycana gələcək. 34 nəfər azərbaycanlı məktəbli və 6 məktəb müəllimi isə ABŞ-a gedəcək.

Amerikanın Azərbaycandakı səfirliyi Gənc Liderlər Proqramını elan edib. Səfirliyin məlumatında deyilir ki, ABŞ səfirliyi Azərbaycanda Gənc Liderlər Proqramını (GLP) açmaqdan və bu təhsil mübadilə proqramında iştirak edən amerikalı şagirdlərin ilk qrupunu salamlamaqdan qürur duyur. Bu il GLP 16 nəfər amerikalı məktəbli və 3 nəfər amerikalı məktəb müəllimini Azərbaycana gətirir. Sentyabrda 34 nəfər azərbaycanlı məktəbli və 6 nəfər azərbaycanlı məktəb müəllimi ABŞ-a səfər edəcək.
GLP yeni növ mübadilə proqramıdır, çünki bu proqramda həm amerikalı, həm də azərbaycanlılar bir-birilərilə birbaşa çalışır. Bu, ilk ABŞ mübadilə proqramıdır ki, birgə icmaya xidmət layihələrini yaradacaq və layihələr həm ABŞ, həm də Azərbaycanda həyata keçiriləcək. Həmçinin bu, ilk ABŞ tərəfindən maliyyələşdirilən proqramdır ki, amerikalı məktəbliləri Azərbaycana gətirir.
GLP-nin məqsədi iştirakçılar arasında mədəni mübadilə, liderlik vərdişlərini təbliğ etmək, icmalar üçün layihələrin planlaşdırılması və həyata keçirilməsinin ən yaxşı nümunələrini öyrətməkdir.
İş mexanizmi belədir:
İyulun 9-dan etibarən amerikalı məktəblilər Azərbaycan ərazisində səyahət edərək üç həftə keçirəcək, əsasən Bakı və Gəncədə ev sahibliyi etməyə könüllü olan ailələrdə yaşayacaq. Onlar ölkə ərazisində icmanın inkişaf etdirilməsi və qeyri-hökumət təşkilatları sahələrində işləyəcək. Bu, sözsüz ki, onlar üçün həyatlarını dəyişəcək zəngin bir təcrübə olacaq.
Gəncədə amerikalı GLP iştirakçıları azərbaycanlı GLP iştirakçıları ilə görüşəcək və Ziyalı Vətəndaş Mərkəzindən Həsən Hüseynlinin verdiyi layihə idarəçiliyi kurslarında iştirak edəcək. Bu kurslar iştirakçılara ölkəyə məxsus problemləri müəyyən etməyi və bu problemlərin həlli metodlarını inkişaf etdirməyi öyrətmək məqsədi daşıyır.
Amerikalı məktəblilər və müəllimlər Foniks, Arizona və Seatl, Vaşinqton ərazilərindən gəlir və Azərbaycanlı ailələr tərəfindən qonaq ediləcək.
Sentyabrın sonu 34 azərbaycanlı məktəbli və 6 azərbaycanlı müəllim Arizona və Vaşinqton ştatlarına yollanacaq. Orada onlar eyni vərdişlərin inkişaf etdirilməsi, problemlərin həlli, Foniks və Seatlda təhsil kursları, amerikalı əməkdaşları ilə görüşlərdə iştirak edəcək.
Bakı, Sumqayıt, Lənkəran və Gəncədən olan azərbaycanlı məktəblilər və müəllimlər amerikalı ailələr tərəfindən qonaq ediləcək.
Foniks və Seatlda vaxtları başa çatmamışdan amerikalı və azərbaycanlı iştirakçılar icmaya xidmət layihələri işləyib hazırlayacaq: məktəblilər həll ediləsi ictimai bir məsələ müəyyən edəcək, həm Azərbaycan, həm də ABŞ-da bu məsələ haqqında ictimaiyyəti məlumatlandıracaq və problemin mümkün həllini irəli sürəcək proqram layihəsini hazırlayacaq. Hər iki ölkədəki layihələr fərqlənə bilər, ancaq eyni mövzunu əhatə etməlidir.
GLP iştirakçıları öz mübadilə təcrübələrindən sonra bir-biriləri ilə ilboyu sıx şəkildə işləyəcək. GLP prosesi iştirakçıların müəlliflik edəcəkləri gələcək, müstəqil layihələrin əsasını qoyacaq, onlarda icma hissini yaradacaq, məqsədlərinə çatmaq üçün lazım olan liderlik və təşkilatçılıq vərdişləri ilə təmin edəcək.
GLP Amerika Şurası tərəfindən idarə olunur. 1974-cü ildə ərazi və dil mütəxəssisləri üçün assosiasiya kimi əsası qoyulan Amerika Şurası öz təcrübəsini akademik mübadilə, dil təlimləri, məsafəli təlim, kurrikulum, testlərin inkişaf etdirilməsi və qurum yaratmaq sahələrində mərkəzləşdirmişdir. Qırx illik fəaliyyətində Amerika Şurası Amerikanın öncül təhsil və beynəlxalq təlim təşkilatlarından birinə çevrilmiş; ABŞ dövlət proqramları və qeyri-ABŞ milli təqaüd proqramları da daxil olmaqla 30-dan çox mübadilə-təlim proqramlarına rəhbərlik edib. Təşkilat ABŞ, Avrasiya, Şərqi Avropa ölkələrində fərdlər və qurumlar arasında əməkdaşlıq proqramlarını inkişaf etdirir, layihə dizaynı, təhsildə yenilikçi proqramları ilə bağlı məsləhətləşmələr aparır, ABŞ-da Avrasiya dillərinin və ərazilərinin tədqiqatlarının inkişaf etdirilməsinə fəal şəkildə töhfələr verir. Maliyyə dəstəyi ABŞ-ın İnkişaf Agentliyi, ABŞ Dövlət Departamenti, ABŞ Təhsil Departamenti, Konqres Kitabxanası, Rusiya Federasiyası və Qazaxıstan hökumətləri, Dünya Bankı, Karnegi Korporasiyası, Açıq Cəmiyyət İnstitutu/Soros Fondu və digərləri də daxil olmaqla ictimai və özəl mənbələrdən gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG