Accessibility links

Amişlər - Amerikanın unikal dini icması [Video]


Amişlər - Amerikanın unikal dini icması
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Amişlər - Amerikanın unikal dini icması

Birləşmiş Ştatların Pennsilvaniya ştatında Lankaster deyilən bir mahal var. Lankaster deyəndə çoxlarının ağlına o saat Amişlər gəlir. Pennsilvaniya ştatında yaşayan Amiş icmasının tarixi 16-cı əsrə gedib çıxır. O dövrdə Avropada gedən reformasiya zamanı Anabaptist hərəkatı 3 birliyin əmələ gəlməsinə səbəb oldu ki, bu sıraya Amişlər, Mennonitlər və Qardaşlar daxil idi. Bu xristian birliklər arasında Amişlər fərqlənirdi. Onlar daha mühafizəkar idilər.

Amişlər Amerikaya 1720-ci illərdən mühacirətə başlayıb və əsrlər keçməsinə baxmayaraq öz adət-ənənələrini saxlamaqda davam edirlər. Amişlər ailə və icma qaydalarına itaət edir, birlik və adət-ənənələri ilə seçilirlər. Onlar özlərinin ənənəvi geyimlərini bugünədək saxlayıblar. Qadınlar əsasən qara və ya tünd göy rəngdə, uzun, sadə paltarlar geyir, başları isə mütləq ya ləcəklə, ya da papaqla örtülü olur. Kişiləri qara şalvar, ağ köynək geyinir, başlarına qara şlyapalar qoyur, yaşlıları isə mütləq saqqal saxlayır. Amişlər uşaqları da öz adət-ənənələrinə uyğun geyindirir.

Amişlər müasir texnikadan istifadə etmir. Onlar elektrikdən istifadə etmədikləri üçün nə televiziyaya baxır, nə də radioya qulaq asırlar.
Amişlər müasir texnikadan istifadə etmir. Məsələn, onlar elektrikdən istifadə etmədikləri üçün nə televiziyaya baxır, nə də radioya qulaq asırlar. Bütün Amerika boyu paltarların maşında yuyulub-qurudulduğu vaxt, amişlər paltarı əllə yuyur və qurumaq üçün həyətdə zivədə sərir.

Köhnə alman dilində danışan amişlər avtomobil də sürmürlər. Onların əsas nəqliyyat vasitəsi at və arabadır. Müsafirlər Lankaster küçələrində tez-tez at arabalarını görə bilər. Qara rəngli arabaların adətən üstü bağlı olur. Lakin yol təhlükəsizliyinə riayət qaydalarına görə bu arabalarda işıqlar var və onlar sağa və ya sola dönəndə, avtomobillərdə olduğu kimi işıqlarını yandırırlar. Amişlərin bir maraqlı adətləri də var, qızla oğlan hələ evli deyillərsə, görüşə araba ilə çıxarkən arabanın üstü açıq olmalıdır.


Lankasterdə tıxac
Lankasterdə tıxac
Amişlərin demək olar ki, hamısının öz təssərrüfatı var. Onlar əsasən mal-qara saxlayır, əkinçiliklə məşğul olurlar. Onlar yeri şumlayanda və ya məhsul yığanda traktordan, kombayndan, yəni texnikadan deyil, atlardan istifadə edirlər.

Şənbə-bazarlar isə amişlər ailələri ilə birlikdə öz məhsullarını satışa çıxarırlar. Onlar meyvə- tərəvəz, evdə bişirilən şirniyyatlar, mürəbbələr və digər ərzaq məhsullarından əlavə əl işlərini də satırlar. Onların əldə sırınmış yorğanları çox məşhurdur.

Amişlərin öz həyat tərzlərini qoruyub saxlamasına ABŞ Konstitutsiyası imkan verir. Hüquqlar Bəyannaməsinin birinci düzəlişi ifadə və din azadlığına tam təminat verir.
Maraqlısı odur ki, dünyada texnikanın yüksək səviyyəyə çatdığı bir vaxt Amişlər demək olar ki, əsrlər bundan əvvəl yaşadıqları adət-ənənələrini hər vəchlə saxlamağa çalışırlar. Onları görmək üçün hər il Lankasteri minlərlə turist ziyarət edir. Hərçənd ki, Amişlər turist marağının obyekti olmaqdan məmnun deyillər, əraziyə gələn müsafirlər onlara öz məhsullarını satmağa imkan yaradır.

Amişlərin öz həyat tərzlərini qoruyub saxlamasına ABŞ Konstitutsiyası imkan verir. Hüquqlar Bəyanaməsinin birinci düzəlişi din azadlığına tam təminat verir. Bu, o deməkdir ki, istənilən dini icma öz etiqadına uyğun qaydada Amerikada fəaliyyət göstərə bilər. Bu xüsusda pasifist - yəni zorakılığın istənilən formasını rədd edən Amişlər hərbi xidmətdən tam azaddırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG