Accessibility links

Amişlər 200 il əvvəlki adət-ənənələrlə yaşayır [Video]


Amişlər 200 il əvvəlki adət-ənənələrlə yaşayır
please wait

No media source currently available

0:00 0:02:49 0:00

İndiana ştatının Şipşovana bölgəsində həyat keçmişlə müasirliyin qarışığıdır. At arabaları ilə avtomobuillər eyni yolu bölüşür, başında papaq, uzun paltar geyinmiş qadınlar cins şalvarlı, eynəkli qadınlarla eyni mağazalarda alış-veriş edir.

Amiş kilsəsinə sadə paltarlarda gələn insanlar ali təhsildən, avtomobil, telefon və elektrikdən imtina edərək, keçmiş adət-ənənələrlə yaşayır. Onlar televiziyaya da çıxa bilməzlər.

Lakin köhnə Amiş adət-ənənələri ilə böyüyən və 13 ildir evli olan Elvin Miller nisbətən az məhdudiyyətlər qoyan Amiş Mennonit kilsısinin üzvüdür “Orada Anabaptist etiqadının müxtəlif çalarları var”, deyə o bildirir.

Anabaptist etiqadı pasifizmə (sülhə, dincliyə), dövlət və dinin bir-birindən tamamilə ayrı olmasına, yaşlı insanların xaşpərəst olmasına çağırır. Bütün bu müxtəlifliklər kilsə üzvlərinin bir çoxuna seçim verir ki, bununla onların kilsəni tərk etməsinə lüzum qalmır. Bəlkə də amişlərin son 15 ildə iki dəfə artmasına səbəbdə elə budur. “İnsanlar bizə çox sayda qaydaları olan cəmiyyət kimi baxır. Onlar bəzi qaydaları mənasız sayır, məsələn “siz avtomobildən nə üçün istifadə etmirsiniz?” deyənlər də olur.”

Amişlər icmanın bu qanunlarina Amerikada 1700-cü illərdən bəri, 200 ildən çoxdur riayət edir. Keçmişdə amişlər yalnız kənd təsərrüfatı ilə məşğul olurdu. Lakin zaman dəyişir və ətrafındakı turist sənayesinin inkişafına dəstək olaraq, onlar çörək bişirir, ədyal tikir, mebel düzəldib satır. Lakin onlara kənardan da yardım olur.

“Burada çox sayda hərraclar təşkil edilir. Biri Haiti üçün, biri əlil insanlar üçün, yəni müxtəlif hərraclar olur. 2014-cü ildə hərracdan əldə edilən məbləğ bir milyon dollardan çox olmuşdu”, deyə, Elvin Miller bildirir.

Lakin amişlər Şipşvanada həmişə icma şəklində yaşamayıblar. 1965-ci ilə, qasırğanın şəhəri yerlə yeksan etməsinə qədər onlar pərakəndə şəkildə yaşayırdı, O vaxt amişlər və amiş icmasından olmayan ingilislər birlikdə işləyirdilər, evləri və biznesləri birlikdə bərpa etdilər.

Elvin Miller burada insanların bir-birini sevdiyi və bir-birilərinin qayğısına qaldığı üçün, bu etiqada inamın artdığını deyir.

XS
SM
MD
LG