Accessibility links

Amnesty International iyunun 11-də Bakıda brifinq təşkil edəcək

Amnesty International gələn həftə Bakıda mətbuat konfrası keçirməlidir. Tədbirdə Azərbaycanın Avropa Oyunları öncəsi vətəndaş cəmiyyətinin tənqidlərini susdurmasından bəhs ediləcək.

Mətbuat konfransı araşdırmalar və Azərbaycanın səlahiyyətli nümayəndələrinin susdurma metodları, habelə insan hüquqlarının pozulduğu bir ölkənin oyunlara necə ev sahibliyi etməsinə əsaslanacaq.

Amnesty International-ın sözçüləri və vicdan məhbuslarının ailə üvzləri müsahibələrə açıq olacaq.

Avropa Oyunları Azərbaycanın paytaxtında iyun ayının 12-dən 28-dək keçiriləcək. 10 milyard dollara başa gələn oyunlara 20 idman növü üzrə 50 ölkədən 6 min idmançı qatılacaq.

Azərbaycanda dinc şəkildə ifadə azadlığını nümayiş etdirən 20 vicdan məhbusu var. Bir çoxları təhdidlər səbəbi ilə ölkəni tərk edib. Digərləri isə təzyiqlər altında susdurulub.

XS
SM
MD
LG