Accessibility links

Amnesty International: 2014-cü ildə 50 milyon insan didərgin düşüb


Amnesty International hökumətlərin mülki vətəndaşları zorakılıqlardan müdafiə etmədiyini bildirib. Təşkilat dövlətlər və sillahlı qruplaşmalarla qlobal mübarizəni utandırıcı və qeyri-effektiv adlandırıb. Amnesty International-ın son hesabatında deyilir ki, 2014-cü il milyonlarla insan üçün fəlakət ili olub.

"İnsanlar artmaqda olan vəhşi hücumlar və repressiyaların qurbanına çevrilib. Dünya ictimaiyyəti isə bunu istəyirmiş kimi davranır'' –deyə təşkilatın baş katibi Salil Şetti bildirib.

Qaçqın böhranı

Hesabatda Suriya, Ukrayna, Qəzza zolağı və Nigeriya kimi bölgələrdə milyonlarla insanın dəhşətli zorakılıqlar və insan haqları pozuntuları ilə üzləşdiyi deyilir. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq 50 milyon insanın ötən il ərzində didərgin düşüb.

Amnesty International Avropa İttifaqını Suriyanın 4 milyonluq qaçqın böhranına lazımı cavab vermədiyinə görə tənqid edib. 2014-cü ilin sonunadək Avropa ölkələrinə 150 min suriyalı qaçqın sığınıb. 3400 insan Aralıq dənizində Avropaya qaçmağa cəhd edərkən həlak olub.

Amnesty İnternational BMT-nin Təhlükəsizlik Şurasını mülki əhalini müdafiə etməməkdə günahlandırıb.

BMT-nin Təhlükəsizlik Şurası

Təhlükəsizlik Şurasının 5 daimi üzvü-Britaniya, Çin, Fransa, Rusiya və ABŞ mülki əhalinin müdafiəsindənsə, geo-siyasi maraqlarına üstünlük verərək veto hüquqlarından sui-istifadə edir.

Təşkilatın hesabatında deyilir ki, Rusiya Ukrana hadisələrinə görə Təhlükəsizlik Şurasının ölçülər götürməsinə mane olur.

Amnesty qurumun 5 daimi üzvünü genosid və kütləvi qırğınlar törədildikdə veto hüququndan imtina etməyə çağırıb.

Silahlı münaqişələr

Amnesty International-ın hesabatında bildirilir ki, 2014-cü ildə sorğu keçirilən 160 ölkənin 35-də silahlı qruplaşmaların zorakılıqları qeydə alınıb. Sənəddə islam Dövlətinin xüsusi narahatlığa yol açdığı deyilir.

Qrup müharibə cinayətlərinə əl atır. Azlıqları hədəf alaraq kütləvi qırğınlar törədir.

İslam Dövləti sünni icmasının nümayəndələrini qətlə yetirməklə yanaşı, yüzlərlə qız və qadını cinsi təcavüzə məruz qoyur.

2014-cü ildə İraq, Rusiya, Cənubi Sudan və Suriyaya mülki əhaliyə qarşı istifadə edilməsi üçün çoxsaylı silah daşınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG