Accessibility links

Amnesty International Rəsul Cəfərovu vicdan məhbusu hesab edir


Rəsul Jəfərov

Rəsul Jəfərov

Amnesty International hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə bağlı bəyanat verib. Beynəlxalq ümuməvf təşkilatının “Azərbaycan: Daha bir tanınmış hüquq müdafiəçisi dəmir barmaqlıqlar arxasına atılıb” adlı bəyanatında deyilir:

İnsan Hüquqları Klubunun təsisçisi və 2012-ci ildə Eurovision mahnı müsabiqəsi zamanı insan haqları kampaniyasının koordinatoru Rəsul Cəfərov avqustun 2-də həbs edilib.

Eyni gün Bakı məhkəməsi ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürərək onun haqda qətimkan tədbiri seçib.”

Amnesty International Rəsul Cəfərovun insan haqları müdafiəçisi olduğuna görə cinayət itithamlarının irəli sürüldüyünü və onun ifadə və toplaşmaq azadlığı hüququndan istifadə etmək istədiyinə görə azadlıqdan məhrum edildiyini bildirib.

Beynəlxalq ümuməvf təşkilatı Rəsul Cəfərovun fəaliyyəti ilə haqda məlumat verərək, Azərbaycan rəsmilərinin 2010-cu ildə onun qeyri-hökumət təşkilatının qeydə alınmasına imkan vermədiyini bildirib.

“O, 2014-cü il iyulun 30-da daha bir tanınmış hüquq müdafiəçisi Leyla Yunusun oxşar ittihamlarla həbsinin ardınca həbs edilir. 2014-cü il mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı eyni ittihamlarla 5 il 6 ay və 3 il 6 ay həbs müddətinə məhkum ediliblər.

Azərbaycandam üstəqil insan haqları və demokratiya tərəfdarı təşkilatlar uzun zamandır təqib və məhdudiyyətlərlə qarşılaşır. Qyri-hökumət təşkilatlarının qeydiyyata alınmaması onların başçılarının məhdud hüquqi çərçivədə fəaliyyət göstərməsindən başqa seçim qoymur, bu isə sonradan rəsmilər tərəfindən cinayət işinin qaldırılması üçün bəhanə kimi istifadə edilməsinə gətirib çıxarır. Rəsul Cəfərov son dörd ay ərzində bu əsaslarda cinayət işinin qaldırıldığı beşinci şəxsdir.

Amnesty International Rəsul Cəfəru vicdan məhbusu hesab edir. Azərbaycanda vicdan məhbusu hesab edilən vətəndaş cəmiyyətinin başqa 20 fəalı var”-deyə Amnesty Internationalın bəyanatında bildirilir.

XS
SM
MD
LG