Accessibility links

Amnesty International Bakıda gənclərin döyülməsi və həbsini qınayıb

  • Amerikanın səsi

Amnesty International bu gün Bakıda dinc nümayiş keçirən gənclərin polis tərəfindən döyülməsi və həbsini qınayaraq, bu hallarla bağlı dərhal təhqiqat aparılmasına çağırıb. Təşkiilatın Avropa və Orta Asiya proqramının direktor müavini Con Dalhuisen bildirib ki, Azərbaycan dinc nümayişçiləri həbs etməklə özünü demokratiyaya ehtiram göstərən bir ölkə kimi nümayiş etdirə bilməz. “Eurovision kimi tədbirlərə ev sahibliyi etməyə hazırlaşan rejim insan hüquqlarına riayət edilmədiyinə maska geydirə bilməz” –deyə o bildirib. Con Dalhuisen Amnesty International-ın vicdan məhbusu kimi tanıdığı Babək Həsənov və Məhəmməd Məcidlinin döyülməsinə dair də təhqiqat aparılmasına çağırıb.
Onlar ötən ilin yazında hökumət əleyhinə nümayişlər zamanı həbs edilib. Amnesty International Babək Həsənov və Məhəmməd Məcidlini 2001-ci il noyabr hesabatında vicdan məhbusu adlandırıb.

XS
SM
MD
LG