Accessibility links

Amnesty International-ın hesabatında Azərbaycan tənqid edilir


Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı 2015/2016-cı illərdə dünyada insan haqlarına dair hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, qısamüddətli təhlükəsizlik maraqları və sərt təhlükəsizlik məhdudiyyətlərinə görə hazırda dünyanın bir çox yerlərində insan haqlarının vəziyyəti acınacaqlıdır.

Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edib.

2015-ci ildə bir çox ölkələrdə beynəlxalq qanunlar pozulub. 98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, vətəndaş cəmiyyəti və siyasi fərqli düşüncə üzərinə hücumlar davam edib.

Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edib, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları yer alıb.

Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl prezident İlham Əliyev və onun ailəsinin biznes maraqlarına dair araşdırmalar aparıb.
Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl prezident İlham Əliyev və onun ailəsinin biznes maraqlarına dair araşdırmalar aparıb.

Həmçinin neft qiymətlərinin düşməsi və milli valyutanın qiymətini itirməsi əhəmiyyətli bahalaşmaya və real gəlirlərin azalmasına səbəb olub.

Qeyd olunur ki, birinci Avropa Oyunlarının keçirilməsi çox baha başa gəlib və bəzi məlumatlara görə, bu tədbirin keçirilməsinə biznes nümayəndələrinin pul dəstəyi vermələri üçün təzyiqlər göstərilib, dövlət sektorunda işləyənlərin maaşları azaldılıb.

Hesabatda Azərbaycanda noyabrın 1-də keçirilmiş seçkidən də söz açılır və bildirilir ki, hakimiyyət tərəfindən təzyiq və təqiblərə məruz qalan müxalifətin boykotu şəraitində hakim Yeni Azərbaycan Partiyası rahat qələbə qazanıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin monitorinqindən imtina edib.

“QHT-lərə qarşı repressiyalar”

Bölümdə deyilir ki, onların hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti qeyri-mümkün olub.

Bir neçə QHT rəhbəri həbsxanaya salınıb və ya mühacirət etməyə məcbur olub.

Bir neçə QHT rəhbəri həbsxanaya salınıb və ya mühacirət etməyə məcbur olub.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 ay İsveçrə səfirlyində gizləndikdən sonra onun ölkəni tərk etməsinə imkan yaradılıb, lakin o bunun ardınca vətəndaşlıqdan məhrum edilib.

Hesabatda həmçinin Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunusların uzunmüddətli həbs cəzasına məhkum edilmələrinə toxunulur.

Leyla və Arif Yunusların barəsində hökmlər dəyişdirildikdən sonra onlar ev dustaqlığına keçiriliblər. Araşdırmaçı jurnalist Xədicə İsmayılova hələ də məhbəsdədir.

Mediaya hücumlar ara vermir.

Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qınama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər.

2014-cü ilin sonlarında “Azadlıq” radiosunun Bakı bürosu prokurorluq reydindən və ofisin möhürlənməsindən sonra fəaliyyətini dayandırıb.

Avqustun 8-də Facebook-dakı statusa görə 6 nəfər tərəfindən döyülən jurnalist Rasim Əliyev xəstəxanada ölüb.

Sentyabrın 16-da “Meydan” TV İnternet saytının iki reportyoru polis tərəfindən saxlanılıb. Aytac Əhmədova sonradan azad edilsə də Şirin Abbasov inzibati həbsə məruz qalıb.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Dekabrın 8-də Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da hökuməti tənqid etdikdən sonra həbs olunub.

Bundan əlavə, 2015-ci ildə xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qohumları təqib edilib.

Fevralın 13-də Berlində prezident İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloger Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı polis tərəfindən narkotik maddə ittihamı ilə həbs olunub. O, beynəlxalq reaksiyadan sonra azad edilib.

Həmçinin “Meydan” TV-nin direktoru, xaricdə yaşayan Emin Milli, həmin resursun redaktoru Günel Mövlud, peyklə yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Qənimət Zahidin qohumlarının həbsi xatırladılır.

Azərbaycanda sərbəst toplaşma azadlığının kobud şəkildə pozulduğu da qeyd olunur.

Sənəddə siyasi məhbuslara qarşı zorakılıq hallarının, o cümlədən oktyabrın 16-da koloniyada müxalifət lideri İlqar Məmmədovun döyülməsi qeyd olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG