Accessibility links

Amnesty International: Azərbaycan hökuməti fundamental hüquqları pozur (VİDEO)


Amnesty International: Azərbaycan hökuməti fundamental hüquqları pozur (VİDEO)
Amnesty International: Azərbaycan hökuməti fundamental hüquqları pozur (VİDEO)

Bu gün Amnesty International “Heç Vaxt Çiçəklənməyən Bahar: Azərbaycanda Azadlıqlar Tapdanır” adlı hesabat açıqlayıb. Hesabatda Azərbaycanda söz və toplaşma azadlığının sərt şəkildə məhdudlaşdırıldığı, insan haqlarının kobud şəkildə pozulduğu vurğulanır.

Amnesty International qeyd edir ki, məhrumiyyətlərə baxmayaraq gənc fəallar, siyasi müxalifət və başqa qruplar 2011-ci ilin mart-aprel aylarında ictimai etiraz aksiyaları keçiriblər. Hesabat bu aksiyalar və onlardan sonra baş qaldıran repressiya dalğasına diqqət çəkir.

Sənəddə insanların üzləşdiyi təhdidlər, bəd rəftar, arbitrar həbslər və ədalətsiz məhkəmə prosesləri detallanır. “Heç Vaxt Çiçəklənməyən Bahar” Azərbaycan hökumətinin insan haqları təşkilatlarını necə bağladıqlarını, müxalifət yönümlü jurnalistləri döydürdüyünü və onlara hədə-qorxu gəldiyini göstərir.

Hesabatın tam mətni ilə bu linkdə tanış ola bilərsiniz:

http://www.amnesty.org/en/library/asset/EUR55/011/2011/en/d0b9ce42-4437-47bf-904b-f52892653ba6/eur550112011az.pdf


XS
SM
MD
LG