Accessibility links

Amnesty International-ın baş səhifəsində Azərbaycana dair internaktiv veb bölmə fəaliyyətə başlayıb. Bölmənin ana səhifəsində Azərbaycanda insan haqlarının necə pozulduğunu göstərən video və vicdan məhbusları haqqında məlumat yerləşdirilmiş səhifəyə keçid yerləşdirilib. Bundan başqa, bölmədə kampaniya haqda məlumat və esse səhifələri də var. Məhbuslar haqqında daha ətraflı məlumat və kampaniyaya qoşulmaq üçün nə etmək lazım olduğunu izah edən səhifələr də "İnteraktiv Brifinq" bölməsində yer alır. Amnesty İnternational rəsmisi Amerikanın səsinə bildirib ki, aprel ayının 2-dən başlayan bu kampaniya Bakıda keçiriləcək Eurovision 2012 müsiqi müsabiqəsinədək aktiv olacaq.
Kampaniyanı aşağıda görə bilər və ya buradan kampaniyanın səhifəsinə keçə bilərsiniz:


  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG