Accessibility links

Amnesty International Çin hökumətini tənqid edib


Təşkilat Çin hökumətindən insanların məcburi şəkildə evlərindən köçürülməsinin dərhal dayandırılmasını tələb edir

Amnesty International insan haqları təşkilatı son iki il ərzində Çində zorakı yolla insanların evlərindən çıxarılma hallarının dramatik şəkildə artdığını bildirib. Belə ki, yerli hökumət dairələri borclarını ödəmək üçün torpağı zorla ələ keçirərək tikinti şirkətlərinə satır.

Bu gün dərc olunan hesabatda şəhərətrafı və şəhər ərazilərində yaşayan çoxsaylı Çin vətəndaşının evlərindən məcburi şəkildə köçürülmələri ölüm, döyülmə, təqib və həbs halları ilə nəticələndiyi bildirilir.

Çində uzun müddət məcburi şəkildə köçürülmələr gündəmdə olmayıb. Belə ki, bu ölkədə mülki vətəndaşların özəl torpaq sahələrinə sahib olmasına icazə verilmir. Lakin hesabatda bildirilir ki, indi onlar narazı əhalinin sosial və siyasi sabitliyə təhdid yaradırlar.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Çin hökümətinə xəbərdarlıq edərək məcburi köçürülmələrin dərhal dayandırılmasını tələb edir.
XS
SM
MD
LG