Accessibility links

Amnesty International gənc blogerin müdafiəsi ilə bağlı beynəlxalq kampaniyaya başlayır


Amnesty International gənc blogerin müdafiəsi ilə bağlı beynəlxalq kampaniyaya başlayır

Amnesty International gənc blogerin müdafiəsi ilə bağlı beynəlxalq kampaniyaya başlayır

Təşkilat gənc fəal Cabbar Savalanın dərhal azadlığa buraxılmasını tələb edir

Amnesty International təşkilatı gənc fəal Cabbar Savalanın həbsdə saxlanması barədə Azərbaycan Ali Məhkəməsinin dünənki qərarını pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

“Azərbaycan məhkəmələri növbəti dəfə göstərdi ki, bu ölkədə qanunun aliliyi yoxdur, siyasi maraqlar var”, - Amnesty International-ın Avropa üzrə proqram rəhbərinin müavini Con Dalhizen bildirib.

Cabbar Savalan bu il mayın 4-də narkotik maddə saxlamaqda təqsirli bilinərək 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Təqibin əsl səbəbi 20 yaşlı fəalın Facebook vasitəsilə etiraz aksiyasına çağırmasıdır. Cabbar bu ilin mart və aprel aylarında kütləvi etiraz aksiyalarının hakimiyyət tərəfindən yatırılması nəticəsində məhkum olunan 17 vicdan məhbusundan biridir. Dekabrın 3-dən 17-dək dünyada yüz minlərlə adam Amnesty International-ın illik marafonu çərçivəsində Savalanı dəstəkləyəcək. Marafon zamanı 70 ölkədən adamlar Savalanın azad olunması tələbi ilə Azərbaycan hakimiyyətinə məktub və müraciətlər yazacaq, SMS göndərəcək.

“Ötən ay Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Gələn ildə Eurovision müsabiqəsi keçirəcək. Hazırda hakimiyyətin insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirdiyini nümayiş etdirməsinin əsl vaxtıdır. Odur ki, hakimiyyət Savalanı və digər 16 vicdan məhbusunu dərhal azad etməlidir”, - Con Dalhizen vurğulayıb.

XS
SM
MD
LG