Accessibility links

Amnesty International, Human Rights Watch Sülh və Demokratiya İnstitutunun binasının uçurulmasını pisləyir


Amnesty International, Human Rights Watch Sülh və Demokratiya İnstitutunun binasının uçurulmasını pisləyir

Amnesty International, Human Rights Watch Sülh və Demokratiya İnstitutunun binasının uçurulmasını pisləyir

Söküntü nəticəsində Sülh və Demokratiya İnstitutunun ofisi, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Kampaniyası və Qadın Böhran Mərkəzinin ofisi dağıdılıb. Leyla Yunusun ofisinin sökülməsi ilkin xəbərdarlıq olmadan, məhkəmənin söküntünü qadağan edən 13 sentyabr 2011-ci il tarixli qərarından dərhal sonra həyata keçirilib.

“Azərbaycan hakimiyyəti Nyu-York Tayms qəzetində hakimiyyəti tənqid etdiyinə görə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu cəzalandırıb. Amnesty International xanım Yunusa məxsus binanın sökülməsini belə qiymətləndirib.

Xanım Yunus Nyu-York Tayms qəzetinə müsahibəsində Bakıda “abadlaşdırma” üzrə layihələri tənqid etdikdən sonrakı gün ona və həyat yoldaşına məxsus bina buldozerlə dağıdılıb. “Leyla Yunus hakimiyyətin beynəlxalq standartlara əməl etmədən Bakıda apardığı söküntü işlərinin sonuncu qurbanı oldu”, - Amnesty International-ın əməkdaşı Natalya Nozadze bildirib.

Söküntü nəticəsində Sülh və Demokratiya İnstitutunun ofisi, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Kampaniyası və Qadın Böhran Mərkəzinin ofisi dağıdılıb. “Leyla Yunusun ofisinin sökülməsi ilkin xəbərdarlıq olmadan, məhkəmənin söküntünü qadağan edən 13 sentyabr 2011-ci il tarixli qərarından dərhal sonra həyata keçirilib.

Hakimiyyət özəl mülkiyyətin sökülməsinə, əhalinin zorla evindən çıxarılmasına son qoymalı, evi sökülənlərə ədalətli kompensasiya verməlidir”,- Amnesty International-ın bəyanatında qeyd olunur.

Human Rights Watch təşkilatı da oxşar bəyanatla çıxış edib. “Hökumət binaların dağıdılmasına görə məsuliyyəti dərhal araşdırmalı, itkiyə görə kompensasiya ödəməlidir”, - deyə qurumun bəyanatında vurğulanır.

Sənəddə bildirilir ki, hakimiyyətin hərəkətləri onun öz vətəndaşlarına münasibətini əks etdirir. “Binada olan hüquq- müdafiə təşkilatları hökumətin bu cür əməllərinin qurbanlarına, həmçinin böhranlı vəziyyətlərdə qadınlara dəstək göstərirdi. Hakimiyyət Sülh və Demokratiya İnstitutunun əməkdaşlarının xahişinə məhəl qoymayıb, avadanlıqların binadan çıxarılmasına imkan verməyib. Söküntü işləri Bakının mərkəzində “abadlıq” kampaniyası çərçivəsində aparılır ki, bu da evlərin sökülməsi və əhalinin zorla çıxarılması ilə bağlı çoxsaylı qanunsuz faktlara səbəb olub”.

Maraqlıdır ki, institutun ofisinin uçurulmasına hökumət orqanlarından münasibət almaq mümkün deyil. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi ofisini uçurulmasından xəbərsiz olduğunu bildirir. Halbuki, hər iki qurumun rəsmi şəxsləri bina uçurularkən hadisə yerində olub.

XS
SM
MD
LG