Accessibility links

Amnesty International illik hesabatını açıqladı


Amnesty International illik hesabatını açıqladı

Amnesty International illik hesabatını açıqladı

Blogerlər Emin Milli və Adnan Hacızadənin həbslərini xüsusi qeyd edən Amnesty International habelə təqiblərə məruz qalmış başqa redaktor və jurnalistlərin adlarını sadalayır

Amnesty International bildirir ki, dünyanın ən qüdrətli hökumətləri bəşəriyyətə qarşı cinayətləri araşdırmır və yalnız öz siyasi maraqlarından çıxış edirlər. Bu gün açıqladığı “ədalət boşluğu” adlı illik hesabatında təşkilat bir sıra güclü dövlətlərin özlərini qanundan üstün tutduqlarını vurğulayıb. Buna misal olaraq Amnesty International Çin, Rusiya və ABŞ-ın adlarını sadalayıb. Təşkilat bütün hökumətlərin insan haqlarını pozduqlarına görə cavabdeh tutulmasının vacibliyini önə çəkib.

Hesabatın Azərbaycana dair hissəsində ölkədə söz azadlığına basqıların artdığı və işgəncə praktikasının davam etdiyi bildirilir. Blogerlər Emin Milli və Adnan Hacızadənin həbslərini xüsusi qeyd edən Amnesty International habelə təqiblərə məruz qalmış başqa redaktor və jurnalistlərin adlarını sadalayır. Azərbaycanda tez-tez hüquq müdafiəçiləri və jurnalistlərin diffamasiya ittihamı ilə məhkəməyə cəlb olunduğu deyilir. Ölkədə media ilə bağlı qanunların mürtəceləşdirildiyini önə çəkən Amnesty International toplaşma azadlığının effektiv olaraq qadağan olunduğunu bildirib.

XS
SM
MD
LG