Accessibility links

Amnesty International İranda aclıq aksiyası keçirən məhbusların azadlığını tələb edir


Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları qurumu Rəsul Rəzəvi və Murtaza Muradpur həmçinin Məhəmməd Əli Tahiri, Mehdi və Hüseyn Rəcəbiyan, Arəş Sadıqi, Əli Şəriəti və Vəhid Səyyadini vicdan məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.

Onlar dinc şəkildə öz insani haqlarından istifadə etdikləri üçün tutulublar və dəmir barmaqlıqlar ardında bir dəqiqə belə keçirməyə məcbur edilməməli idilər.

“Onlar dinc şəkildə öz insani haqlarından istifadə etdikləri üçün tutulublar və dəmir barmaqlıqlar arxasında bir dəqiqə belə keçirməyə məcbur edilməməli idilər. İran bu məhbusların sağlıq durumu daha da ağırlaşmadan bu çirkin duruma son verməlidir,” deyə Amnesty International-ın veb səhifəsində yaydığı bəyanatda qeyd edilib.

Beynəlxalq qurum müxtəlif ölkələrdə yaşayan insan haqları fəallarını İranın ali ruhani lideri Seyid Əli Xamneyi və prezident Həsən Ruhaniyə məktub yazaraq bəyanatda adı çəkilən məhbusların dərhal sərbəst buraxılmasını tələb etməyə çağırıb.

Rəsul Rəzəvi və Murtaza Muradpur

Rəsul Rəzəvi və Murtaza Muradpur

Təbriz Mərkəzi Zindanında məhkəmə dosyeləri ilə bağlı tətbiq edilən qanunsuzluqlara etiraz olaraq aclıq aksiyasına başlayan milli fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur noyabrın 4-də Kərəc şəhərinin Mərkəzi Penitensiarına köçürülüb.

İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portallarına istinadən Rəsul Rəzəvi məhkəmə məsullarının vədləri, eləcə də tanınmış türk fəallar və Urmiyə şəhəri millət vəkillərinin xahişi ilə noyabrın 15-də 44 günlük aclıq aksiyasına son verib.

Murtaza Muradpurun isə təqribən 25 gün öncə başlatdığı aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Show comments

XS
SM
MD
LG