Accessibility links

Amnesty International Əliyev hökumətini basqıları dayandırmağa çağırdı


Amnesty International Əliyev hökumətini basqıları dayandırmağa çağırdı

Amnesty International Əliyev hökumətini basqıları dayandırmağa çağırdı

Amnesty International Azərbaycan rəsmilərini 11 mart etiraz aksiyasına hazırlaşan fəallara basqıları dərhal dayandırmağa çağırıb. Fəallar sistematik basqılar nəticəsində həbsə və işgəncələrə məruz qaldıqlarını deyirlər. Onlar Facebook vasitəsilə təşkilatlanaraq hökumətə qarşı etiraz aksiyası planlaşdırırlar.

"Azərbaycan rəsmiləri basqıları dərhal dayandırmalı və fəallara dinc etiraz aksiyalarında iştirak etməyə imkan verməlidirlər," deyə Amnesty International-ın Avropa və Orta Asiya proqramları üzrə direktor müavini John Dalhuisen bildirib.

Azərbaycan hökuməti son bir neçə gündə siyasi fəal Bəxtiyar Hacıyevi və AXCP Gənclər Təşkilatının üzvü Dəyanət Babayevi həbs edib. 11 mart aksiyasına dair vərəqələr yayan Etibar Salmanlı polislər tərəfindən təhdidlərə məruz qaldıqdan sonra yoxa çıxıb.

XS
SM
MD
LG