Accessibility links

Beynəlxalq Amnesty International təşkilatı Moskvadakı ofisinin möhürləndiyini və bələdiyyədən içəri daxil olmamaq haqda xəbərdarlıq verildiyini bildirib.

Təşkilat bildirir ki, Rusiya paytaxtındakı ofisin qapılarındakı qıfıllar dəyişdirilib və bununla bağlı heç bir izahat verilməyib.

“Biz Moskva rəsmilərinin işçiləri ofisə girişdən məhrum etməsinə nəyin səbəb olduğunu bilmirik. Bu, bizim əvvəlcədən heç bir xəbərdarlıq edilmədyimiz arzuolunmaz bir sürprizdir. Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyəti üçün bugünkü iqlimi nəzərə alsaq, bunu hər hansı bir şəkildə izah etmək olar, amma hələlik nəticə çıxarmaq tezdir”-deyə Amnesty International təşkilatının Avropa üzrə direktoru Con Dalhusen bildirib.

Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyəti üçün bugünkü iqlimi nəzərə alsaq, bunu hər hansı bir şəkildə izah etmək olar, amma hələlik nəticə çıxarmaq tezdir.

O, inzibati qaydada izahatın verilməsini istədiyini və təşkilatın icarə ilə əlaqədar olaraq öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etdiyini deyib. Amnesty International ofisi şəhər Moskva şəhər rəsmilərindən icarəyə götürüb. Təşkilat vəziyyətlə əlaqədar rəsmilərlə əlaqə qura bilmədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Amnesty International təşkilatının Moskva ofisinin bağlanması ilə bağlı məlumatı olmadığını deyib.

Təşkilat çərşənbə axşamı günü Rusiya rəsmilərini həbsdə olan Krem əleyhdarı İldar Dadinin həbsxanada işgəncəyə məruz qaldığı ilə bağlı iddiaları təhqiq etməyə çağırıb. Qrup Dadinin dərha və qeyd-şərtsiz azad olunmasına çağırıb.

TASS xəbər agentliyinin verdiyi məlumata əsasən, Rusiyanın Federal Penitensiar Xidməti açıqladığı bəynatda “müstəqil həkimlərdən ibarət komissiyanın Dadini Rusiyanın şimal-qərbində yerləşən həbsxanada müayinə etdiyini və onun döyüldüyü, ya da əvvəl xəsarət aldığına dair heç bir dəlil aşkar etmədiyini” bildirib.

XS
SM
MD
LG