Accessibility links

Suriya kürdləri ərəblərə qarşı insan haqları pozuntularında ittiham edilib


Kürdüstan Xalq Müdafiə Birləşmələri YPG-nin əsgərləri Hasaka şəhəri ətrafında

Suriyanın şimalında ABŞ-ın başçılığı ilə koalisiyanın İslam Dövləti qrupuna qarşı mübarizədə etibar etdiyi azsaylı qruplardan biri olan kürd qüvvələrinin ərəb və türkmən əhalini zorla yaşadığı yerlərdən çıxardığı və ələ keçirdikləri yerlərdə evləri sökdüyü xəbər verilir.

Amnesty International təşkilatının bildirdiyinə görə, Türkiyədə fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə partiyası PKK-nin qolu olan Kürdüstan Xalq Müdafiə Birləşmələri YPG İslam Dövləti qrupundan nəzarəti ələ aldığı kəndləri ya cihadçı qrupa ehtimal edilən rəğbət, ya da əvvəlki torpaq mübahisələrinə görə qisas əlaməti olaraq yerlə yeksan edib.

Təşkilatın "Getməyə yerimiz yoxdur" adlı hesabatı Amerika rəsmilərinin Birləşmiş Ştatların Suriyanın şimalında üsyançılara hava yolu ilə 50 ton hərbi sursat və silah yardımı çatdırdığığını bildirməsindən bir gün sonra açıqlanıb.
YPG-nin bu yardımı alan qruplardan biri olduğuna inanılır.

Amnesty International kürd rəsmilərinin əhalinin köçürülməsinin hərbi məqsədlə edildiyi haqda iddialarını rədd edərək bildirib ki, ƏI-Hasakeh və Əl-Raqqa vilayətlərində 14 kənddə fakt-araşdırıcı missiya belə bir əsasın olmadığını haqda nəticəyə gəlib.

Hesabatda deyilir ki, yerdə şahidlərin ifadələri və peyk vasitəsilə alınan təsvirlər "münaqişə nəticəsində ortada qalmış mülki əhalinin hüquqlarının İslam Dövləti qrupuna qarşı mübarizə aparan kürd qrupları tərəfindən tapdalandığını" deməyə əsas verir.

Amnesty International təşkilatının məsləhətçisi Lama Fakih insanların başqa yerlərə köçürülməsi və kəndlərin dağıdılması hallarının döyüşlər nəticəsində baş vermədiyini deyib. "Bu hesabatda əvvəllər İslam Dövləti qrupunun ələ keçirdiyi və yaxud bir qrup insanın onları dəstəklədiyindən şübhəli kəndlərdə mülki əhalinin bilərəkdən, koordinasiya edilmiş şəkildə kütləvi cəzalandırma kampaniyasının aparıldığına dair dəlillər açıqlanıb"-deyə o bildirib.

İnsan haqlarını müdafiə qrupu bildirib ki, peyk vasitəsilə əldə edilmiş təsvirlərdə 2014-cü ildə iyun ayında Hüseyniyyə kəndində 225 evin olduğu göstərildiyi halda, bir il sonra burada yalnız 14 evi görmək mümkündür.

XS
SM
MD
LG