Accessibility links

Amnesty International: Trampın ritorikaları hökumətin siyasəti olmamalıdır


Trump

Trump

Amnesty International Donald Trampı insan hüquqlarına ehtiram göstərməyə çağırıb.

Təşkilat bildirib ki, onun “zəhərli ritorika”ları tənqid edilsə də, Tramp ölkə daxilində və xaricdə Amerikanın insan haqları öhdəliklərinə sadiq qaldığında əmin etməlidir.

“Yenicə prezident seçilən Tramp açıq şəkildə heç bir ayrı-seçkiliyə yol verilmədən hər bir kəsin hüququna riayət ediləcəyini söyləməlidir”- deyə Amnesty International-ın icraçı direktoru Marqaret Hanq bildirib.

“Nəzarət məntəqələrində işgəncə hallarına yol verilməsi kimi dəhşətli nəticələrin şahidi olmuşuq. Onlar ABŞ-ın insan hüquqlarının müdafiəsi kimi öhdəliyini həyata keçirməyə çalışan bizləri təmsil edib” Hanqın bəyanatında deyilir.

Trampın səsləndirdiyi ksenofobiya, seksizm və digər ikrah doğuran şərhlər hökumətdə yer ala bilməz

Təqribən iki ilə yaxın seçkiqabağı kampaniyaları zamanı Tramp Amerikanın Meksika ilə sərhədlərinə divar çəkiləcəyi və müsəlman mühacirlərin ölkəyə buraxılmayacağına vəd verib.

“Bu ritorikalar hökumətin siyasəti olmamalıdır. Trampın səsləndirdiyi ksenofobiya, seksizm və digər ikrah doğuran şərhlər hökumətdə yer ala bilməz” –deyə Amnesty International-ın bəyanatında bildirilir.

70 yaşlı Donald Tramp yanvarın 20-də heç bir ictimai vəzifədə yer almayan bir prezident kimi Amerikanın baş komandanı olacaq.

Show comments

XS
SM
MD
LG