Accessibility links

Amnesty İnternational Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edir


Amnesty İnternational Hollandiyada aksiya keçirir

Amnesty İnternational Hollandiyada aksiya keçirir

Amnesty İnternational hüquq müdafiə təşkilatının Hollandiya şöbəsinin bir qrup fəalı Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirib.

Təşkilatın facebook səhifəsində deyilir ki, iyirmiyə yaxın aksiya iştirakçısı əllərində plakatlarla Azərbaycan səfirliyinin önündə toplaşıblar və orada oturaq aksiya keçiriblər.

Mənbənin məlumatına görə, iştirakçılar Leyla Yunus, Rəsul Cəfərov, Xədicə İsmayılova, İntiqam Əliyev və digər siyasi məhbusların azad edilməsini tələb ediblər.

Amnesty International həmçinin öz səhifəsində Azərbaycanda insan hüquqları pozuntularını pisləyən bəyannaməyə imza toplamağı davam etdirir. Bu günə bu bəyannaməni 40 mindən çox insan imzalayıb.


A

XS
SM
MD
LG