Accessibility links

Amnesty International:”Erməni soyqırımına dair qanun söz azadlığını təhlükə altına alır"

  • Azerbaijani Service

Amnesty International:”Erməni soyqırımına dair qanun söz azadlığını təhlükə altına alır"

Amnesty International:”Erməni soyqırımına dair qanun söz azadlığını təhlükə altına alır"

Beynəlxalq “Amnesty International” təşkilatı Fransa Senatında erməni soyqırımının inkar edilməsinə görə cəzalandırılmaya dair qanuna münasibətini bildirib. Təşkilat Fransa qanununa görə “soyqırım” ifadəsinin ictimaiyyətdə sual altına alınmasının cinayət hesab edilməsinə dair qanun layihəsini ifadə azadlığının pozulması kimi qiymətləndirib.

Amnesty International bildirir ki, Fransada 2001-ci ildə qəbul edilmiş qanuna görə 1915-ci ildə Osmanlı imperatorluğu dövründə ermənilərin kütləvi qətlləri və məcburi köçürülməsi soyqırım hesab edilir.

“Yeni qanun layihəsi ictimai debata təsir göstərə bilər və Fransanın söz azadlığına dair beynəlxalq öhdəliklərinə ziddir”-deyə təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Nikola Dakvorth bəyan edib. O deyib ki, Fransada, Türkiyədə və hər yerdə insanlar bu məsələ ilə bağlı öz fikirlərini azad şəkildə ifadə edə bilməlidir.

“Amnesty International” bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi söz azadlığının təkcə zərərsiz fikirlər deyil, dövləti, ya da əhalinin bir hissəsini təhqir və ya narahat edə bilən fikirlərə aid olduğunu dəfələrlə bəyan edib.

Nikola Dakvorthun sözlərinə görə, yeni qanunun ortaya yaratdığı əsas məsələ ermənilərin 1915-ci ildə kütləvi qətlləri və məcburi köçürülməsinin soyqırım kimi qiymətləndirilib-qiymətləndirilməməsi deyil, Fransa rəsmilərinin bu debata cavab olaraq söz azadlığını məhdudlaşdırmaq cəhdləri ilə bağlıdır.

XS
SM
MD
LG