Accessibility links

Amnesty International: Lətif Həsəni dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır


Lətif Həsəni

Lətif Həsəni

Amnesy International mayın 18-dən aclıq aksiyasına başlamış güneyli siyasi məhbusun durumu ilə bağlı təcili tədbir görülməsinə çağıran bəyanat yayıb. Beynəlxalq qurum 9 il həbsə məhkum olmuş Yeni GAMOH liderini “vicdan məhbusu” adlandıraraq, onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmısını tələb edib.

“Lətif Həsəni may ayının 18-də “yaş” aclıq aksiyasına başlayaraq siyasi məhbuslara qarşı pis davranışa etirazını bildirib və özünün Təbriz zindanından Kərəcdə yaşayan ailəsinə yaxın bir zindana aparılmasını tələb edib. O, iyunun 28-də Tehranın Evin həbsxanası və az müddət sonra Kərəcin Rəcayi-şəhr zindanına köçürülüb, hazırda ağır cinayətlər işləmiş məhbuslarla eyni bölmədə saxlanılır və aclıq etməyə davam edir,”-deyə "Amnesty International"ın iyulun 4-də yaydığı bəyanatında bildirilir.

Sənəddə həmçinin Lətif Həsəninin siyasi məhbuslar bölməsinə göndərilənədək aclığa davam edəcəyini bildirdiyi, həmçinin onun sağlıq durumunun təhlükəli bir durumda olduğu qeyd edilib.

İnsan haqları qurumunun bəyanatına istinadən, Lətif Həsənibub öncədən də ürək, qan təzyiqi və mədəsi ilə bağlı ciddi problemləri olub.

Bəyanatda Həsəni ilə birlikdə İran məhkəmələri tərəfindən 9 il həbsə məhkum olmuş Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının digər üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadəyə də işarə olunub.

XS
SM
MD
LG