Accessibility links

Amnesty International: Suriyada insan oğurluğu və işgəncə halları davam edir [Video]


Amnesty International təşkilatının hesabatında deyilir ki, Suriya hökuməti terroru yaymaq və müxalif səsləri boğmaq üçün insanları oğurlamaqla ölkə boyu sistematik kampaniya aparır. İnsan haqları qrupu prezident Bəşar Əl-Əsəd rejiminin yüz minlərlə dollara qaçırma barədə məlumat verməklə qara bazarda mənfəət əldə etdiyini deyir.

Ola adlı bu qadın hazırda Türkiyənin Qaziantep şəhərində yaşayır. O, iki il əvvəl Suriya ordusundan qaçanların tərkibində İordaniya sərhədində ələ keçirilib. “Mən 25 gün təkadamlıq kamerada qaldım. Orada yemək yox idi. Orada ədyal da yox idi. Birinci dəfə onlar məni adi şəkildə dindirdilər. Sonra isə elektrik simlə döyməyə başladılar" deyə, Ola bildirir.

Ola 6 gün biləklərindən asılı qaldığını və ona qarşı dəfələrlə elektro-şokdan istifadə edildiyini deyir. Bir il yarım həbsdə qaldıqdan sonra onda əmələ gələn tromb səbəbilə azadlığa buraxılıb.

Amnesty International deyir ki, çoxu mülki vətəndaş olmaqla, 65 min suriyalının başına demək olar ki, eyni iş gəlib. Onlardan çoxu hələ də itkindir. Təşkilatdan Klaudia Çofler: “Belə hallar çox və sistematik olduğuna görə, biz bunun insanlığa qarşı cinayət olduğunu düşünürük.”

Rejimin hədəfi siyasi fəallar, həkimlər və jurnalistlər, eləcə də onların ailələridir. Sağ qalanlar isə onlara qarşı həyata keçirilən dəhşətli işgəncələrdən danışır. "Biləklərindən asılaraq, döyülüb bu vəziyyətdə uzun müddət qalırlar. Ya da elektrik stulunda oturdulur, zorlanırlar” deyə Çofler bildirir.

Təşkilat siyasi fəal Fayed Əl Mir, həyat yoldaşı və oğlu da daxil olmaqla, bəzi adamların adlarını da vurğulayır. 2013-cü ilin oktyabrın 7-də yoxa çıxan Fayed Əl-Mirdən hələ də xəbər yoxdur.

Hər vasitə ilə əzizlərini axtaran ailə üzvlərindən rüşvət alan "Vasitəçilər"in qara bazarı oğurluqlar sayəsində inkişaf edir. Fəallar rüşvətin Suriya hökumətinin gəlir mənbəyi olduğunu deyirlər.

Bundan əvvəl də Suriya hökuməti oğurlananlar və işgəncələr haradəki ittihamları rədd etmişdi.

XS
SM
MD
LG