Accessibility links

Amnesty International qaçqınlarla bağlı son hesabatını açıqlayıb


Amnesty International təşkilatının açıqladığı son hesabatda deyilir ki, 2012-ci il Suriya kimi münaqişəli ölkələrdən və təbii fəlakət səbəbindən milyonlarla insan qaçqın düşüb. Qaçqın böhranı əsasən Dominikan Respublikası, Konqo, Fil Dişi Sahili, Sudan və Cənubi Sudan kimi Afrika ölkələrində kəskin hal alıb.

Amnesty müharibə gedən bölgələrdən, məsələn, Sudanda məktəbin dağıdılması kimi hallardan tutmuş, insan haqlarının pozulması hallarının qaçqınların artmasına səbəb olduğunu deyərək, dünya ölkələrini bütün bunların qarşısının alınmasına kifayət qədər yardım etməməkdə ittiham edir.

Təşkilatın baş katibi Salil Şetti Amerikanın Səsinə bunları deyib: “Hökumətlər əsasən prioriteti insanların təhlükəsizliyinə və insanların maraqlarına deyil, dövlət sərhədlərinə, milli təhlükəsizliyə yönəldir. Təəssüf ki, beynəlxalq ictimaiyyət 12 milyon vətənsiz, qaçqın insana məhəl qoymur.”

Amnesty International-ın dediyinə görə, keçən il dünya boyu 15 milyon qaçqın qeydiyyata alınıb. Onlar müharibə, təbii fəlakətlər və diskriminasiya səbəbindən qaçqın düşüblər. Amnesty eləcə də, 100-dən çox ölkədə həbsxanalarda işgəncə halları və siyasi məhbuslar haqda məlumatları sənədləşdirib.

Bütün bunlarla yanaşı təşkilat müsbət halların da olduğunu qeyd edir. Hesabat silah alverinın qarşısının alınması istiqamətində görülən işləri yüksək qiymətləndirir.

Salil Şetti mobil texnologiyanın insan haqlarının qorunmasına və işgəncələrin qarşısının alınmasına yardım etdiyini deyir. “Bizim məlumatı demək olar ki, baş verdiyi zaman yayımlayan Tvitter və sosial media kimi texnologiyalarımız var. Əlbəttə biz yalnız bununla kifayətlənməməliyik; bizə daha çox məlumat lazımdır. Fikrimcə mobil telefonlar, jurnalistlər və vətəndaşların yardımı ilə daha çox məlumat toplanacaq.”

Mobil telefonlarla çəkilən kadrlar Suriyada mülki vətəndaşlara hücumları, digər bölgələrdəki zorakılıqları nümayiş etdirir. Amnesty International deyir ki, bu özəl videoları çəkənlər hücumların qarşısını ala bilməsələr də, dünyanı olanlardan agah edirlər. Bu isə gələcəkdə belə halların qarşısını ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG