Accessibility links

Amnesty İnternational: İntiqam Əliyevin yeganə “cinayət”i insan hüquqlarını müdafiə etməsidir


Amnesty International_logo

Amnesty International_logo

Hakimiyyət insan haqları müdafiəçisi və hökumətin açıq tənqidçisini saxta ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum etməklə, Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq istədiyini göstərir. Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

“İntiqam Əliyev hakimiyyətin oyunlar qabağı bütün problemlərini süpürüb xalçanın altında gizlətmək kampaniyasının son qurbanıdır. Mesaj budur: Dünyaya problemlərimiz barədə danışsan, cəzalanacaqsan”, Amnesty International-ın Avropa və Orta Asiya üzdə direktor müavini Denis Krivosheev deyib.

“İntiqam Əliyevin törətdiyi yeganə “cinayət” həmvətənlərinin hüquqlarını müdafiə etməsidir. O, həbsə atılmamalıydı, dərhal və qeyd şərtsiz buraxılmalıdır”, o qeyd edib.

Amnesty İnternational ötən həftə digər hüquq müdafiəçisi, İnsan Hüquqları Klubunun qurucusu Rəsul Cəfərovun 6 il yarım həbsini pisləyib və ona qarşı itthamları uydurma adlandırır.

Amnesty International Azərbaycanda azı 20 “vicdan məhbusu”nun olduğunu deyir.

Amnesty İnternational bununla da ifadə azadlığına görə həbs olunan bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır.

Ötən həftə, aprelin 16-də QHT İnsan Hüquqları Klubunun qurucusu Rəsul Cəfərov uydurma ittihamlarla altı il yarım müddətinə azadlıqdan məhrum edilib. O, 2 avqust 2014-cü ildə saxlanılıb.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi İntiqam Əliyevi 7 il 6 ay həbsə məhkum edib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG