Accessibility links

Amnesty International: Azərbaycan hökuməti nə vaxt istəsə bloqerləri həbs edir


Amnesty International: Bu dəhşətli bir hadisədir
Amnesty International: Bu dəhşətli bir hadisədir

Rəsmi Bakı internetə hökumət tərəfindən hər hansı nəzarətin olmadığını bildirib

Amnesty International təşkilatı noyabrda Bakıda keçiriləcək yeddinci illik İnternet İdarəetmə Forumu (IGF) ərəfəsində Azərbaycanla əlaqədar mətbuat üçün məlumat yayıb.

Turan Agentliyi bildirir ki, məlumatda təşkilatın Azərbaycan üzrə rəsmisi Max Tucker qeyd edib ki, forumun Azərbaycanda keçirilməsinə “dərin istehza ilə yanaşılır”.

“Bu ölkədə hökumət nə vaxt istəsə bloqerləri həbs edir, sosial şəbəkələrdə fəaliyyət göstərən adamları ruhi xəstə kimi təqdim edir”, - o bildirib.

Həmçinin təşkilat qeyd edir ki, ölkədə internet və sosial şəbəkələrdə azadlığa qoyulan məhdudiyyətlər və İnternet istifadəçilərinin nəzarət altına alınması barədə məlumatlar var.

“Onlayn İfadə Təşəbbüsü” adlanan, ölkədə İnternetə mövcud olan məhdudiyyətləri qeydə alan yerli QHT-lər birliyinə istinad edərək Amnesty International bildirir ki, “İnternet provayderləri Rabitə və İnformasiya Texnologiyası Nazirliyi tərəfindən təchiz olunan məlumat ayıran proqramlar quraşdırır. Bu proqramlar istifadəçilərin İnternet tətbiqinə nəzarət etmək və onların əlaqələrini ələ keçirmək üçün birbaşa Milli Təhlükəsizlik Nazirliyi tərəfindən icra olunur”, - məlumatda deyilir.

Təşkilat həmçinin bəyan edir ki, bu nəzarəti yerinə yetirmək üçün rəsmi göstəriş lazım olsa da qanunda bu göstərişi istifadəçiyə və ya provayderə təqdim etməyə heç bir zərurət yoxdur.

Televiziya və radiosunun tənzimləməsi haqqında qanunvericiliyə görə “ifadə azadlığına de-fakto məhdudiyyət funksiyası olmamalıdır”.

Öz növbəsində, Azərbaycan prezidenti ölkədə internetə hər hansı nəzarətin olmadığını və bundan sonra da hər hansı məhdudiyyətlərin qoyulmayacağını bildirib.

Beynəlxalq İnternet İdarəetmə Forumu noyabrın 6-dan 9-dək Bakıda keçiriləcək.
XS
SM
MD
LG