Accessibility links

Amnesty İnternational: Anar Məmmədli vicdan məhbusudur


Amnesty İnternational-ın Azərbaycanla bağlı bəyanatı

Amnesty İnternational-ın Azərbaycanla bağlı bəyanatı

Təşkilat Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin təqib olunması ilə bağlı bəyanat yayıb

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin təqib olunması ilə bağlı bəyanat yayıb.

Sənəddə Qeyri-Hökumət Təşkilatları haqqında qanuna dəyişikliklərin təhlili, eləcə də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsilə bağlı qiymətləndirmə yer alıb.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” elan edib və onun dər
hal həbsdən azad edilməsini tələb edib.

Təşkilat həmçinin SMDT-nin icraçı direktoru Bəşir Süleymanlıya və Elnur Məmmədova qarşı cinayət təqibinə son qoymağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl Amnesty İnternational Azərbaycanda 19 məhbusu “vicdan məhbusu” kimi tanıyıb. Onlardan biri - “Kür” qərargahının fəalı İlham Əmiraslanov vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Öz növbəsində rəsmi Bakı ölkədə vicdan məhbusu olmadığını bildirir.
XS
SM
MD
LG